Yuxarı

Paşinyandan ilk açıqlama gəldi – İclas niyə Qarabağda oldu?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:48

Azərbaycan ictimaiyyətinin sülhə hazırlanmasında erməni hakimiyyəti də iştirak etməlidir.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Xankəndidə keçirilən Ermənistan və qondarma “dqr” “təhlükəsizlik şuralarının” birgə iclasında çıxışı zamanı deyib.

Paşinyan çıxışı zamanı iclasın Xankəndidə keçirilməsinin simvolik və xüsusi məna daşıdığını bildirib.

“Bu Ermənistan və “dqr” münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması anlamına gəlir”, - Paşinyan bildirib.

Paşinyanın sözlərinə görə, Ermənistanda keçirilən seçkilərdə onun rəhbərlik etdiyi Mənim Addımın bloku "Qarabağ respublikası”nın subyektivlik səviyyəsini" yüksəltmək və danışıqlar prosesinə münaqişənin əsas tərəfinin cəlb olunmasını təmin etmək üçün addımlar atmağa mühüm mandat əldə edib.

“Bu mövzu Azərbaycan Prezidenti İlham Əliyev və ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə ən mühüm məsələlərdən biri olub və belə də qalır”, - Paşinyan bildirib.

Onun sözlərinə görə, “dqr”in danışıqlara cəlb edilməsi kapriz deyil, bu, münaqişənin həlli prosesinin səmərəliliyi üçün vacib əhəmiyyətə malik olmasının sadə fiksasiyasıdır.

“Əvvəl danışıqlar prosesinin çevrəsi özündə bir tərəf istisna olmaqla bütün maraqı tərəfləri əhatə edirdi. Burada İlham Əliyev Azərbaycan və Dağlıq Qarabağın azərbaycanlı icmasını təmsil edir. Onlar Azərbaycan vətəndaşlarıdır və seçkilərdə iştirak ediblər. Deməli, İlham Əliyevin danışıqlarda iştirakı onların da iştirakını təmin edir. Ermənistan danışıqlarda Baş nazirlə, beynəlxalq ictimaiyyət isə ATƏT-in Minsk Qrupunun həmsədrləri simasında təmsil olunur. Ancaq əsas məsələ danışıqlar prosesində “Qarabağ xalqı”nı və ya bəzi hallarda deyildiyi kimi, Qarabağ ermənilərini kimin təmsil etməsidir. Danışıqlar prosesində “Qarabağ xalqı”nı təmsil etmək üçün səlahiyyət və legitimliyə sahib olan heç kim yoxdur”, - Paşinyan bildirib.

Paşinyanın sözlərinə görə, onu Qarabağda seçməyiblər və buna görə də danışıqlarda Xankəndini təmsil etmək hüququ yoxdur.

Paşinyan bu cür mövqeyə sahib olmaqla məsuliyyəti üzərindən atması və hər şeyi Qarabağ hakimiyyətinin üzərinə yükləməsi ilə bağlı verilən şərhləri gülünc adlandırıb.

“Spekulyasiyaların qarşısını almaq üçün deyim: Ermənistan Respublikası Qarabağın təhlükəsizliyinin bir nömrəli qarantı olub və olacaq, sülh prosesində iştirakını davam etdirəcək”, - Paşinyan bildirib.

Cavab tapılması lazım olan daha bir mühüm məsələ isə Ermənistan hökumətinin danışıqlar prosesində əsas kimi götürülən ATƏT-in Minsk Qrupu tərəfindən irəli sürülən 3 prinsip və 6 elementi qəbul edib etməməsidir.

Nikol Paşinyanın sözlərinə görə, bu suala cavab vermək üçün həmin prinsiplərin praktikada nə demək olduğunu və kimin onları şərh etmək hüququna sahib olduğunu anlamaq lazımdır. Məsələn, Azərbaycan tərəfinin şərhi Ermənistan üçün qəbuledilməzdir. Müzakirə prosesinin əsasları uyğunsuzluğa səbəb olmayan məqamlar olmalıdır.

“Ancaq son 10 ildə həmsədrlərin təklif etdiyi prinsiplər ən müxtəlif şərhlərə səbəb olmuşdur. Nəticədə qarşıdan gələn danışıqlar prosesinin məqsədi 3 əsas prinsip və 6 elementin aydınlaşdırılmasıdır. Biz bu müzakirələrə hazırıq”, - Paşinyan bildirib.

Paşinyanın nitqində daha bir məqam sülhə hazırlıq prosesi olub. Paşinyanın sözlərinə görə, xalqların sülhə hazırlanması danışıqlara cəlb olunmuş hakimiyyətlərdən yalnız birinin məsələsi ola bilməz, bu, birgə işdir.

“Məsələn Azərbaycan ictimaiyyətinin sülhə hazırlığı yalnız yerli hakimiyyətin deyil, eyni zamanda Ermənistan hökumətinin də iştirakı ilə aparılmalıdır”, - baş nazir qeyd edib.

Paşinyanın sözlərinə görə, məhz bu məqam 2018-ci ilin payızında onu Ermənistanın Milli Məclisində münaqişənin həllinin o cümlədən Azərbaycan xalqı üçün də qəbuledilən olması ilə bağlı görünməmiş bəyanatla çıxış etməyə məcbur edib.

“Mən yalnız Azərbaycan prezidenti ilə deyil, eyni zamanda Azərbaycan xalqı ilə də dialoqu davam etdirməyə hazıram. Çünki əminəm ki, Azərbaycan xalqı da erməni və Qarabağ xalqı qədər sülhsevəndir”, - Paşinyan söyləyib.

Tarix
2019.03.12 / 17:37
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

COP29-da Qərb məsuliyyətdən yayınmağa çalışdı - Zaxarova

Fəzail Ağamalıdan yayılan xəbərlərə: Utanmıram!

Azərbaycanın 37 vətəndaşı Almaniyadan geri qaytarıldı

Dudanın sərhədə gəlməsinə rəsmi Bakıdan reaksiya - Foto

Bələdiyyə seçkilərinə bu tarixdə yekun vurulacaq

Duda Azərbaycanla sərhəddə... - Video

Azərbaycanda 29 yanvara seçki təyin edildi

İsrail atəşkəsə razılaşdı: İran hərəkətə keçəcək?

Rəsmi Bakıdan İsrail və Livan arasındakı atəşkəsə - Reaksiya

Gilan valisi sərhədimizdə: yeni körpüyə baxış keçirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla