Yuxarı

"Qarabağ"a yuxarıdan aşağı baxmaq olmaz - Saj

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ"a yuxarıdan aşağı baxmaq olmaz - Saj

Bakıya yaxşı oyun nümayiş etdirmək və uğurlu nəticə qazanmaq üçün gəlmişik.

Axar.az xəbər verir ki, bu sözləri Fransanın “Lion” komandasının baş məşqçisi Pyer Saj UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri V tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis "Qarabağ"ın fiziki cəhətdən yaxşı komanda olduğunu söyləyib:

“Rəqibin sürətli və təhlükəli futbolçuları var. "Ayaks"la son ev görüşündə yaxşı mübarizə apardılar. Sadəcə, qırmızı vərəqə oyunun taleyini dəyişdi. Ona görə də bu komandaya yuxarıdan aşağı baxmaq olmaz. Hazırda “Qarabağ”da çıxış edən “Lion”un sabiq futbolçusu Yassin Benzianı yaxşı tanıyırıq. Ona qarşı ayıq-sayıq oynamalıyıq”.

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Lion” matçı saat 21:45-də başlayacaq.

Tarix
2024.11.27 / 19:37
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla