Yuxarı

İlham Əliyev BMT baş katibinin xüsusi müşaviri ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:28

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də ABŞ-ın Kolumbiya Universitetinin Yer İnstitutunun direktoru, BMT baş katibinin Dayanıqlı İnkişaf Məqsədləri üzrə xüsusi müşaviri Cefri Saksı qəbul edib.

Axar.az xəbər verir ki, dövlət başçısı Cefri Saksa VII Qlobal Bakı Forumunda iştirakına görə təşəkkürünü bildirib.

Cefri Saks VII Qlobal Bakı Forumunun təşkilinə görə minnətdarlığını ifadə edib və Forumda məmnunluqla iştirak etdiyini vurğulayıb. O, Forumun əhəmiyyətinə toxunaraq orada regional və digər məsələlərlə bağlı səmərəli müzakirələr aparılmasının önəmini qeyd edib.

Prezident İlham Əliyev VII Qlobal Bakı Forumunda təmsil olunan ölkələrin və iştirakçıların sayının artdığını və bu Forumun mühüm beynəlxalq tədbirə çevrildiyini vurğulayıb.

Görüşdə ölkəmizdə gedən iqtisadi inkişaf prosesləri, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı qlobal layihələr, o cümlədən Şərq-Qərb nəqliyyat dəhlizi, enerji siyasəti barədə danışılıb.

Tarix
2019.03.15 / 16:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla