Yuxarı

Kliçko vəzifədən məhrum olacaq: Heç bir şansı yoxdur

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiyev meri Vitali Kliçko 2020-ci ildə vəzifəsindən məhrum olacaq. Tezliklə paytaxtda bu vəzifə uğrunda maraqlı mübarizə olacaq.

Bu sözləri Axar.az-a açıqlamasında ukraynalı siyasi şərhçi Aleksey Voronenko deyib.

Ekspert Vitali Kliçkonun öz postunu saxlamaq üçün heç bir şansı olmadığına əminliyini ifadə edib.

“Əgər onun gücü eks-prezident Poroşenkoya əsaslanırdısa, indi biz onun nə qədər zəif mer olduğunu görəcəyik. Bu vəzifəyə çox sayda layiqli namizəd olacaq”, - ekspert qeyd edib.

“Mənim fikrimcə, ən ciddi iddiaçı sistemi və ən əsası onu dəyişməyin yollarını bilən Mixail Pojivanov ola bilər. Bu gün Vitali Kliçkonun ətrafı – korrupsiya amilidir. Şəhəri isə Kliçko deyil, məhz Stolar, Davtyan və Mikitas idarə edir. Mixail Pojivanovun da əsas fərqi bundan ibarətdir. O, həm bu sahədə təcrübəlidir, həm də siyasətin ağsaqqallarındandır. Mer vəzifəsi isə siyasətçi və idarəçi keyfiyyətlərini birləşdirməlidir. Təəssüf ki, Kliçko bunlardan heç biri deyil”, - Voronenko bildirib.

Qeyd edək ki, bir neçə saat əvvəl Kliçko Zelenskini seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib. Ekspertlər Kliçkonun təbrik mətnində eks-prezidentə qarşı dəstək motivləri olduğunu bildiriblər. Belə ki, Kliçko Poroşenkoya ölkədə dəyişiklikləri başlatdığı üçün təşəkkürünü bildirib.

Tarix
2019.04.23 / 17:28
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla