Yuxarı

Orduxanın özünüifşa videosu: ermənilər imtina edəcək...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Brüsseldə 3-4 antimilli ünsürün aksiya keçirmək cəhdi mənə qətiyyən təəccüblü gəlmədi.

Bu sözləri əməkdar jurnalist, Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı mayın 13-də Brüsseldə 3-4 antimilli ünsürün aksiya həyata keçirmək cəhdi barədə Axar.az-a danışarkən deyib.

O bildirib ki, belə antimilli ünsürlərə hamı nifrət edir:

“Belə adamların, eləcə də həmin 4 ünsürün “ümumiləşmiş obrazı” Teymurxan Orduxan adlı şəxsdir ki, onun da hansı əxlaqın, mənəviyyatın, təfəkkürün daşıyıcısı olduğunu hamımız yaxşı bilirik. O, bütün sərhədləri aşan, ictimai-əxlaqi dəyərlərdən, ailə tərbiyəsindən, həmçinin, insani keyfiyyətlərdən məhrum ünsür olduğunu sosial şəbəkədə yaydığı videolarla çoxdan sübut edib. Bu adam üçün heç bir mənəvi-insani dəyər qalmayıb.

O, daim Avropanın müxtəlif ölkələrini gəzir, amma bunun üçün lazım olan pulu haradan əldə etdiyini, necə qazandığını açıqlaya bilmir. Bununla bağlı açıqlamasında öz-özünü necə ələ verdiyi hamının yaddaşındadır, unudanlar o rüsvayçı çıxışı Yutub sosial şəbəkəsində indi də tapa bilərlər. Bu ünsür dolayısı ilə təsdiqlədi ki, onun “plakat qaldırmaq üçün” Avropanın bu ölkəsindən vurub, o biri ölkəsinə getməsinə lazım olan vəsait “hər biri 20 avro ödəyən 4 sərnişin”in ümumilikdə 80 avrosundan çox-çox bahadır. Bu məbləğ heç maşınının yanacağına çatmır. Ona görə heç yerdə işləməyən, işi-gücü yalnız və yalnız Avropa şəhərlərini gəzib, ölkəmiz əleyhinə təbliğat aparmaq olan bu ünsürün maliyyə mənbələrini təxmin etmək çətin deyil.

Orduxankimilər Azərbaycana düşmən olan qüvvələrin - ermənilərin vəsaiti hesabına bu əməlləri törədirlər. Məhz erməni dairələri Azərbaycana qarşı çirkin kampaniya aparması üçün onları maliyyələşdirir”.

Aynur Camalqızı Brüsseldə keçirilən “aksiya” ilə bağlı bir məqama diqqətə çəkib:

“Bu, əlbəttə, nə aksiyadır, nə də aksiyaya cəhd. Cəmi 4 nəfər, hərəsi də fərqli-fərqli istiqamətdə dayanıb, əllərində telefonla “çəkiliş” aparırlar. Kimin üçün çəkirlər? Təbii ki, “maliyyə mənbələrinə” göstərmək üçün!

Ancaq bir məqama xüsusi diqqət yetirmək istəyirəm. Videodan tam aydınlığı ilə görünür ki, bu ünsürlər nəyə əl atdıqlarını yaxşıca dərk edirlər. Bu adamlar ermənidən pul alıb, Azərbaycana qarşı əxlaqsızlıq etdiklərini sifətləri, gülümsəmə cəhdləri, simaları, emosiyaları ilə təsdiqləyirdilər. Diqqətlə baxın o görüntülərə: hətta onlar böyük vücudlarını əllərində tutduqları balaca telefonun arxasında gizlətməyə də çalışırlar, telefonların arxasına “sığınırlar”, kameralara düşməkdən qorxurlar. Bunlar tarix üçün, Azərbaycan üçün hansı xəyanətə, dönüklüyə getdiklərinin fərqində olduqlarını bildiklərini nümayiş etdirdilər.

Bəziləri deyir ki, ermənilər orduxankimilərə bunun üçün külli miqdarda pul verir. Lakin mən belə düşünmürəm. Çünki bu adamların külli miqdarda pula dəymədiklərini onlara pul verən ermənilər də yaxşı bilir. Ona görə hesab edirəm ki, onlar öz milli ləyaqətlərini məhz qəpik-quruş qarşılığında Avropa küçələrində ermənilərin ayaqları altında tapdalatmaqla məşğuldurlar”.

Politoloq qeyd edib ki, ən qısa müddətdə Orduxanların “erası” bitəcək:

“Əmin ola bilərsiniz ki, “Orduxan layihəsi”nin fiaskosundan artıq ermənilər və antiazərbaycançı qüvvələr də xəbərdardır. Bunların son fiaskosu və Yutubda yaydıqları videoların tirajının sürətlə enməsi artıq onların istifadə müddətinin başa çatması deməkdir. Bir müddətdən sonra biz onların adını nadir hallarda eşidəcəyik. Dəyişməz bir qanun da var: öz xalqına, milli kimliyinə xəyanət edəni kimsə bağışlamır – hətta onları satın alan adamlar da. Ermənilər də yaxşı bilir ki, qəpik-quruş müqabilində öz xalqını, dövlətini satan kəs, hazırda onlardan istifadə edən erməni qruplarını da satmağa hazırdır. Ona görə də bu ünsürlərdən bir müddətdən sonra ermənilər də imtina edəcək”.

Tarix
2019.05.14 / 22:16
Müəllif
Axar.az
Oxunub
11 200
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla