Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Sentyabr 2019


Dünya liderləri İlham Əliyevi təbrik etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:24

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabet Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Axar.az məktubun mətnini təqdim edir:

“Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Qarşıdakı illərdə Azərbaycan xalqına firavanlıq və xoşbəxtlik arzulayıram”.

***

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Zati-aliləri, Qardaşım İlham Heydər oğlu Əliyev.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və Hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan dövlətinə və xalqına davamlı inkişaf və rifah arzu edirəm”.

***

Koreya Respublikasının Prezidenti Mun Ce İn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktub ünvanlayıb.

Məktubda deyilir:

“Zati-aliləri.

28 May - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Ölkələrimiz uzun illər boyu müxtəlif sahələrdə əməkdaşlıq edərək dostluq münasibətlərini davamlı olaraq inkişaf etdirmişlər. Ümidvaram ki, ölkələrimiz arasında qarşılıqlı faydalı və gələcəyə yönəlmiş sıx əməkdaşlıq münasibətlərini daha da dərinləşdirəcək və gücləndirəcəyik. Əminəm ki, bu proses xalqlarımız arasında mövcud dostluğun daha da dərinləşməsinə böyük töhfə verəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və gələcək fəaliyyətinizdə uğurlar, Azərbaycan Respublikasına isə davamlı rifah arzu edirəm”.

***

İsveçin Kralı XVI Karl Qustav Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Möhtərəm cənab Prezident.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən xoş təbriklərimi çatdırıram.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm”.

***

Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Zati-aliləri möhtərəm Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi və ölkənizin qardaş xalqını ürəkdən təbrik etmək, Sizə ən xoş və səmimi arzularımı bildirmək mənə böyük məmnuniyyət bəxş edir.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycanın sosial-siyasi həyatında reallaşdırılan əsaslı islahatları, ölkənizin iqtisadi potensialının və nüfuzunun artırılması işində qazanılan sanballı uğurları məmnuniyyətlə müşahidə edirik.

Əminəm ki, bizim birgə səylərimiz sayəsində Özbəkistan ilə Azərbaycan arasında strateji tərəfdaşlıq, ənənəvi dostluq və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq əlaqələri bundan sonra da xalqlarımızın rifahı naminə inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə uzun ömür, möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, firavanlıq və davamlı inkişaf arzu edirəm”.

***

Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Zati-aliləri.

28 May – Respublika Günü münasibətilə Sizə və Sizin şəxsinizdə qardaş Azərbaycan xalqına Əfqanıstan xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Mart ayında Sizinlə Qlobal Bakı Forumu çərçivəsində görüşməkdən, Azərbaycan Respublikası ilə Əfqanıstan İslam Respublikası arasında münasibətlərin müxtəlif sahələrinə dair müzakirələr aparmaq imkanı əldə etməkdən çox məmnun oldum. Bu gün əlaqələrimizin daha da inkişaf etməsini görməkdən də çox məmnunam.

Ölkələrimiz arasındakı dostluq əlaqələrinin və əməkdaşlığın genişlənməsi arzumu ifadə etməklə yanaşı, inanıram ki, Azərbaycan Respublikası Sizin müdrik rəhbərliyinizlə daha böyük inkişafa nail olacaqdır.

Zati-aliləri, Sizə cansağlığı, müvəffəqiyyət, dost Azərbaycan xalqına isə səadət və tərəqqi arzulayıram”.

***

Prezident İlham Əliyevi 28 May – Respublika Günü münasibətilə Hindistan Respublikasının Prezidenti Ram Nat Kovin, Avstraliya İttifaqının General-Qubernatoru Piter Kosqrov, İraq Respublikasının Baş naziri Adil Abdülmehdi və Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudd təbrik edib.

Tarix
2019.05.20 / 19:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazirimizin Vatikanda görüşləri davam edir - Foto

Səudiyyənin Qarabağ çağırışları... - Şeyx

Əfqanıstan prezidenti Azərbaycana gələcək

Məmmədyarov vatikanlı katiblə görüşdü - Foto

Xəzər dənizi ilə bağlı məsləhətləşmələr keçirildi

İlham Əliyev Çili prezidentini təbrik etdi

Novruz Məmmədov xanım nazirlə görüşdü - Foto

XİN-də Xəzər müzakirəsi: Saziş...

Ərdoğan-Putin-Ruhani görüşü: mühüm mesajlar verildi

Paşinyanın cəfəng açıqlaması... - Hacıyev

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla