Yuxarı

Ermənistan münaqişənin həllini istəyirsə... - Nazir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan münaqişənin ən qısa zamanda həllində maraqlı olan ölkədir və biz hələ də münaqişənin məhz danışıqlar yolu ilə həllinə ümidvarlıqla davam edirik.

Report xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov "Kommersant"a müsahibəsində deyib.

"Düşünürəm ki, Ermənistan tərəfi də bunda maraqlı olmalıdır. Axı, münaqişənin uzanması Ermənistan xalqına çoxsaylı insan əzabı gətirib. Bütün bu illər ərzində Azərbaycan torpaqlarının ələ keçirilməsi və onların hələ də davam edən işğalı Ermənistan üçün heç bir ciddi dividend qazandırmayıb. Əvəzində yoxsulluğun artmasına, işsizliyə, əhalinin ölkədən xaricə getməsinə və böhranın digər təzahürlərinə gətirib çıxarıb. Necə deyərlər, siyasətçi seçkilər, dövlət lideri isə gələcək nəsillər barədə düşünür", - E.Məmmədyarov bildirib.

Onun sözlərinə görə, Ermənistan tərəfi münaqişənin həll olmasını istəyirsə, birmənalı şəkildə və artıq maneələr çıxarmadan siyasi iradə və bu istiqamətdə praktik addımlar nümayiş etdirməlidir.

"Biz isə öz tərəfimizdən belə yanaşmanı tam dəstəkləyəcəyik. Amma bunu sadəcə, bəyan etmək yox, həm də həyata keçirmək lazımdır", - XİN başçısı vurğulayıb.

Tarix
2019.05.27 / 11:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla