Yuxarı

Misirli nazir Azərbaycana gəlir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Misirli nazir Azərbaycana gəlir

Misirin turizm naziri xanım Rania əl-Mashatın başçılıq etdiyi nümayəndə heyəti iyunun 15-dən 18-dək Ümumdünya Turizm Təşkilatının İcraiyyə Komitəsinin 110-cu iclasında iştirak etmək üçün Bakıya gələcək. Bu səfər bir neçə illik fasilədən sonra Misirdən Azərbaycana nazir səviyyəsində olan ilk səfərdir.

Axar.az xəbər verir ki, bu barədə Misirin Azərbaycandakı səfiri Adel İbrahim bildirib.

Diplomat qeyd edib ki, səfirliyin iki ölkə arasında birbaşa uçuşların davamlılığını təmin etmək məqsədilə apardığı lazımi təbliğat və təşviqat kampaniyası çərçivəsində Misirin turizm naziri ilə Azərbaycanın rəsmi xəbər agentliklərinin, mətbuat orqanlarının və genişmiqyaslı yayıma malik televiziya kanallarının iştirakı ilə mətbuat konfransı və müsahibələr təşkil ediləcək. Həmin mətbuat konfransı və müsahibələr zamanı “Azərbaycan Hava Yollarının” cari ilin iyulun 8-dən etibarən Bakıdan Qahirəyə təşkil edəcəyi çarter reysinə, eləcə də iyulun 18-dən etibarən Bakıdan Şarm əl-Şeyx şəhərinə açılacaq digər çarter reysinə dair məsələlərə toxunulacaq.

Səfir Adel İbrahim Misir turizminin son iki il ərzində yüksək dərəcələrə və rekord göstəricilərə nail olduğunu vurğulayaraq beynəlxalq ekspertlərin şahidliyi ilə ölkəsində təhlükəsizliyin, sabitliyin olduğunu və turistlərin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi təhlükəsizlik standartlarına riayət edildiyini qeyd edib.

Diplomat Misirin turizm bölgələrini ziyarət etmək, qədim mədəniyyəti ilə tanış olmaq istəyən azərbaycanlı turistləri ölkəsinin qəbul etməyə hazır olduğunu bildirib.

Tarix
2019.06.13 / 22:17
Müəllif
Axar.az
Digər xəbərlər

PA rəhbəri COP32 prezidenti ilə görüşdü

Efiopiya baş naziri Əliyevə Azərbaycan dilində təşəkkür etdi

Mixay Popşoy Azərbaycana gəlir

Efiopiyanın Baş naziri Səngəçal neft terminalında oldu

Prezident yeni baş konsul təyin etdi

Vens Bakı və İrəvana səfər etdi, Tiflis kənarda qaldı...

Paşinyanla Annanın ayrılığında şok detallar

Efiopiyanın baş nazirinin şərəfinə rəsmi nahar verildi

Efiopiya ilə bir sıra sənədlər imzalandı - Foto

General: Rəhim Qazıyev istefa verən kimi başladılar... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla