Yuxarı

Əhmədovdan həmsədrlərə çağırış: Tədbir görün!

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan qaçqın və məcburi köçkünlərin sayına görə yəqin ki, ən vacib və ciddi tədbirlərin görülməsinə ehtiyac olan ölkələrdən biridir.

Report xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş Nazirin müavini Əli Əhmədov deyib.

O təəssüflə qeyd edib ki, vəziyyətin belə ağır olmasına baxmayaraq, beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi və azərbaycanlı məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması üçün təsirli addımlar ata bilməyiblər:

“Beynəlxalq təşkilatlar, ilk növbədə isə ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin nizama salınması istiqamətində səylərini artırmalıdır ki, Azərbaycanın məcburi köçkün vəziyyətində olan vətəndaşları yaxın zamanlarda öz yurd-yuvalarına qayıtsınlar”.

Baş Nazirin müavini xatırladıb ki, Azərbaycan çoxlu sayda qaçqınları olan ölkələrdən biridir:

“Ötən ilin sonuna olan məlumata görə dünyada 70 milyondan çox qaçqın və məcburi köçkün var. Bu da dünya əhalisinin 1 faizini təşkil edir. Azərbaycanda 1 milyon qaçqın və məcburi köçkün yaşayır və bu da ölkə əhalisinin 10 faizidir. Bu vəziyyət 30 ilə yaxındır ki, davam etməkdədir”.

Tarix
2019.06.20 / 16:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla