Yuxarı

BMT baş katibinin müavini ASAN Xidmətdə

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
BMT baş katibinin müavini ASAN Xidmətdə

13:05

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Zenmin iyunun 24-dən 26-dək Azərbaycanda təşkil olunacaq BMT-nin Dövlət Xidmətləri Forumunda iştirak etmək məqsədilə ölkəmizdə rəsmi səfərdədir.

Axar.az xəbər verir ki, qonaq iyunun 23-də ASAN Xidmət mərkəzi ilə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa ASAN Xidmət mərkəzlərinin fəaliyyəti və yeniliklər barədə ətraflı məlumat verib.

Bildirilib ki, bu günədək 30 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb, ASAN Xidmət BMT-nin 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Qonaq, həmçinin "ASAN könüllüləri", "ASAN radio", “ASAN Təlim-Tədris Mərkəzi”, ABAD-ın fəaliyyəti ilə də tanış olub.

Liu Zenmin Azərbaycan ilə BMT arasında uğurlu əməkdaşlığı və agentliyin bu əməkdaşlıqda xüsusi yer tutduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin iştirakı ilə nəzərdə tutulan builki forum dövlət xidmətlərinin göstərilməsi sahəsində ölkəmizdə təşkil olunacaq ilk BMT tədbiridir.

Tarix
2019.06.23 / 14:03
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

Prezident Aleksandr Zuyevi qəbul etdi - Foto

İlham Əliyev BMT nümayəndəsini qəbul etdi - Foto

Saral istefasından yazdı: Şərəf duyduğum vəzifəm...

Ceyhun Bayramov Tom Berendsenlə görüşdü

Berendsen Azərbaycandan Ermənistana gedəcək

İlham Əliyev Tom Berendseni qəbul etdi

İranın işi qəlizləşdi: Sərrafı naşı, Arifi nadan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla