Yuxarı

Kərim Vəliyev Salikovla görüşdü - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 14-də Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini Ruslan Salikovun rəhbərlik etdiyi nümayəndə heyətilə görüşüb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə. əvvəlcə qonaqlar ümummilli lider Heydər Əliyevin Hərbi Dəniz Qüvvələri qərargahı qarşısında ucaldılan abidəsi önünə gül dəstələri qoyaraq öz ehtiramlarını ifadə ediblər.

Qonaqları salamlayan general-leytenant K.Vəliyev ölkələrimiz arasında əlaqələrin qurulmasında dövlət başçılarının böyük rol oynadıqlarını, əməkdaşlığın dostluq münasibətləri və qarşılıqlı etimad əsasında aparıldığını, bu əlaqələrin daim inkişaf etdiyini, eləcə də hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından zəruriliyini qeyd edib.

Bölgədəki hərbi-siyasi vəziyyətə və təhlükəsizlik məsələsinə toxunan general-leytenant K.Vəliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional sabitliyə əsas təhlükə olduğunu, onun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini R.Salikov da ölkələrimiz arasındakı əlaqələrin tarixi köklərə əsaslandığını, hər iki ölkənin strateji tərəfdaş olduğunu qeyd edərək hərbi nümayəndələrin qarşılıqlı görüşlərinin təşkili və keçirilməsinin ikitərəfli münasibətlərin inkişafı baxımından mühüm rol oynadığını bildirib.

Sonda “Beynəlxalq Ordu Oyunları – 2019” yarışlarının əhəmiyyətindən danışan R.Salikov, “Dəniz Kuboku” müsabiqəsinə ev sahibliyi etdiyinə, tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan dövlətinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.

Tarix
2019.08.14 / 18:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla