Yuxarı

Putindən əməliyyat əmri: Ankara itirilir?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya-Türkiyə tərəfdaşlığında ciddi çat yaranmaqdadır.

Axar.az xəbər verir ki, bu sözlər “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində öz əksini tapıb. Analizdə tərəfdaşlığa zərbə vuracaq göstərişlərin Rusiyadan gəldiyi qeyd edilib:

“Bəşər Əsəd ordusu İdlib şəhərinin müxtəlif məntəqələrinə həmlələr həyata keçirir, bombardman davam edir. Aydındır ki, Bəşər Əsəd Kremlin icazəsi olmasaydı, belə bir riskli əməliyyata başlamazdı. Rusiya Prezidenti Vladimir Putin hələ ötən ildən türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana söz vermişdi ki, İdlib şəhərinə hücum əməliyyatını ləngidəcək. Bunun qarşılığında isə Ərdoğan Putinə söz vermişdi ki, İdlibdəki silahlı müxalifət qısa zamanda radikal qrupları şəhərdən çıxaracaq. Bu müddətdə tam əksi baş verdi, radikal qruplar silahlı müxalifəti İdlibin əksər hissəsindən sıxışdırıb çıxardılar. İndi Putin bunu əlində rəhbər tutaraq, Əsədə “hücuma başlaya bilərsiniz” əmrini verib. Ancaq Putin bu əmri verməklə Ankara ilə münasibətlərdə sualların sayını çoxaldır”.

Təhlildə Putinin İdlibin vurulması ilə bağlı göstəriş verərkən Türkiyə ilə münasibətlərin pozulmayacağına əmin olduğu bildirilib:

“Birincisi, Putin görür ki, hazırda Türkiyənin Qərb dünyası ilə münasibətləri hamar deyil, ABŞ keçmiş müttəfiqinə hərbi təyyarələr satmır. Ona görə də Putin hesab edir ki, Ərdoğan İdlibə görə onunla münasibətləri gərginləşdirməz.

İkincisi, Rusiya Türkiyəyə S-400 raketlərini satıb. Ərdoğan gələcəkdə bu raketləri Rusiya ilə birgə istehsal edəcəyinə əmindir. Kreml buna razıdır. Bu amil də Ərdoğana Rusiya ilə münasibətlərdə diqqətli olmağı diktə edir. Putin də bunu anlayır.

Üçüncüsü, Türkiyə son anda ABŞ-la razılaşaraq, Suriyaya növbəti hərbi əməliyyatda koordinasiyaya ümidlidir. Pentaqon sözdə koordinasiyaya razılaşıb. Bu koordinasiyanın necə işləyəcəyi şübhə altındadır, türkiyəli rəsmilər də ABŞ-lı həmkarlarından tam əmin deyillər, çünki ABŞ generalarının PKK uzantıları ilə əlaqələri davam edir. Buna baxmayaraq, Ankara ilə Vaşinqtonun Suriyaya mümkün koordinasiyası Putinin xoşuna gəlməyib. Kreml sahibi İdlibə hücum əmri verməklə Ankaraya mesaj yollayır ki, Suriyada Türkiyə-ABŞ koordinasiyası Rusiyanın regional maraqlarına cavab vermir”.

Mərkəzin təhlilində bildirilib ki, sentyabrda baş tutacaq Ərdoğan-Putin görüşündə bir sıra razılaşmalar əldə edilə bilər:

“Putinlə Ərdoğan arasında növbəti görüş sentyabrın 16-da baş tutmalıdır. Onlarla görüşə İran prezidenti də qatılacaq. Başqa sözlə, bu, Astana (Nur-Sultan) prosesinin davamıdır. Putin bu tarixə qədər Əsəd ordusunun İdlib ətrafında daha çox uğur qazanmasını təmin etməyə çalışacaq. Çünki Ərdoğanla görüşdə Putin türkiyəli həmkarının İdliblə bağlı yeni istəyinə “yox” demək istəmir.

Əslində, Ərdoğan İdlibdəki vəziyyətdən narahat olsa da, Türkiyənin yaxın günlərdəki əsas hədəfi Suriyanın terrorçu PYD-nin nəzarətindəki ərazisində yeni hərbi əməliyyata başlamaqdır. Başqa sözlə, Kreml Əsədlə birgə İdlibə hücum əməliyyatları həyata keçirərkən, Türkiyə də Fərat çayının şərq hissəsində əməliyyata başlaya bilər. Yəni Kreml Ankaraya belə bir sövləşmə təklif edə bilər ki, Ankaranın Əsəd ordusunun İdlibi ələ keçirməsinə razılaşmasının əvəzində Moskva və Dəməşq Türkiyənin Fəratın şərqində hərbi əməliyyatına müdaxilə etməyəcək.

Buna baxmayaraq, Türkiyənin İdlib ətrafında kiçik hərbi məntəqələri var. Digər tərəfdən, Ankara İdlib ətrafındakı Suriyanın silahlı müxalifətinin məğlub olmasını da istəmir. Yəni Ankara Kremllə Əsədin İdlib əməliyyatına göz yumsa belə, şəhər ətrafındakı hərbi məntəqələrinə və silahlı Suriya müxalifətinə hücumların olmayacağı təminatını almağa çalışacaq”.

Tarix
2019.08.22 / 14:32
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla