Yuxarı

Ermənistan Rusiyanı belə “cəzalandırır”...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan Rusiyanı belə “cəzalandırır”...

Ermənistanda oturub fikirləşiblər və qərar veriblər ki, Rusiyanın sürücülük vəsiqələri qadağan olunsun.

Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkənin erməni seqmentinin istifadəçiləri Ermənistan polisinin rəis müavini Ovannes Köçəryana istinadən informasiya yayıblar.

Rəis müavini beynəlxalq daşınmalar həyata keçirən sürücüləri istisna etməklə ölkə ərazisində xarici sürücülük vəsiqəsinə sahib sürücülərin idarə etdiyi nəqliyyat vasitələrinin daşınma və xidmətinin qadağan edilə biləcəyini söyləyib.

“Sözügedən qadağa bu dövlətlərin arasında qarşılıqlı dostluq münasibətləri saxlandığı halda Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin vətəndaşlarına şamil edilməyəcək”, - Köçəryan bildirib.

Burada bir sual yaranır, görəsən rəis müavininin işarə vurduğu, Ermənistanın dostu olmayan kimdir?

Qeyd: Rusiya qanunvericiliyi xarici sürücülük vəsiqəsi olan əcnəbilərin (rus dilinin ikinci rəsmi dil olduğu ölkələr istisna olmaqla) Rusiya Federasiyasında sürücü işləməsini qadağan edir. Ermənistan rus dilinin heç bir statusu olmadığı yeganə AİB ölkəsidir.

Ermənistan Xarici İşlər nazirinin müavini Şavarş Köçəryan bir qədər əvvəl sözügedən məsələyə münasibət bildirərkən qeyd edib ki, Rusiyada qəbul edilmiş qanun Ermənistana münasibətdə diskriminasiya xarakteri daşıyır. Çünki Ermənistandan başqa heç bir AİB üzvünə qarşı bu cür tələb yoxdur.

Bütün bunlara Ermənistanın siyasi sığınacaq verdiyi rus dissident Vitali Şişkinin də məsələsini əlavə etsək, o zaman mənzərə aydındır.

Nə qədər gülməli olsa da Ermənistan Rusiyaya bəzi sanksiyalar tətbiq edir. Bunun nəyə gətirib çıxara biləcəyi praktiki cəhətdən hər kəsə məlumdur. Burada məsələ başqadır: İrəvan nəyə ümid edir və kimə güvənir?

Xatırladaq ki, Rusiya vətəndaşı Vitali Şişkin antirusiya fəaliyyəti, o cümlədən ölkə rəhbərliyi və Prezident Putinə qarşı aksiyalarda özünü parlaq şəkildə göstərib. Şişkin - sağ liberalların qeydiyyatdan keçməmiş partiyasının lideridir, avrointeqrasiya şüarları ilə çıxış edir və Qərb ölkələrinin Rusiyada müdafiəsinə qalxır.

Tarix
2019.09.05 / 13:56
Müəllif
Əli, Orxan
Digər xəbərlər

Konsulluğumuz önündə aksiya: Ankaranın da rolu varmı?

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bakıda kanatla sərnişindaşıma olacaq - Video

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla