Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
3 İyun 2020


Türkiyənin vitse-prezidenti Azərbaycana gəlir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 16-da Bakıda Azərbaycan və Türkiyə arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası və biznes-forum keçiriləcək.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, bununla bağlı sabah Azərbaycana Türkiyənin Vitse-prezidenti Fuad Oqtayın başçılıq etdiyi nümayəndə heyəti gələcək.

Fuad Oqtay Türkiyə tərəfdən komissiyanın həmsədridir, Azərbaycan tərəfdən isə Baş nazir Novruz Məmmədov təyin olunub. İclasda iki ölkə arasındakı iqtisadi əlaqələrin, birgə regional layihələrin hazırki vəziyyətinin müzakirə olunması, gələcək əməkdaşlıq perspektivləri və atılacaq addımlar haqqında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Xatırladaq ki, Türkiyə Azərbaycanın qeyri-neft sektorunda ən böyük investordır. Türk şirkətləri tərəfindən Azərbaycanın qeyri-neft sektoruna təxminən 3 milyard dollara yaxın sərmayə qoyulub. Türk şirkətləri əsasən enerji, sənaye, telekommunikasiya, bank və sığorta, inşaat, nəqliyyat, qida, tekstil, səhiyyə kimi sahələrdə fəaliyyət göstərməkdədir.

Azərbaycanın xarici ölkələrə yatırdığı sərmayələrin həcminə görə Türkiyə birinci yeri tutur. İndiyədək Azərbaycanın Türkiyədəki ümumi investisiyalarının həcmi 15 milyard dolları ötüb. Qeyd edık ki, hazırda Azərbaycan Türkiyəyə ən çox sərmayə qoyan ölkələrdən biridir.

2018-ci ildə Türkiyə və Azərbaycan arasındakı ticarət dövriyyəsi 3,4 milyard dollar, 2019-cu ilin ilk 7 ayı ərzində isə 2,3 milyard dollar təşkil edib. Bu göstəriciyə görə Türkiyə Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır.

Qeyd edək ki, ötən il Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında preferensial ticarət sazişi üzrə müzakirələrə dair Anlaşma Memorandumu imzalanıb. Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, hazırda “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” ilə bağlı danışıqlar yekunlaşmaq üzrədir. Hər iki tərəfdən güzəşt tətbiq ediləcək 15 mal mövqeyi (kənd təsərrüfatı və emalı məhsulları) və bu mallar üzrə illik tarif kvotaları artıq müəyyənləşdirilib. Saziş imzalandıqdan sonra bu məhsullar üzrə illik tarif kvotaları çərçivəsində idxal gömrük rüsumları tutulmayacaq.

Xatırladaq ki, 2017-ci ildə Türkiyə Nazirlər Kabinetinin qərarı ilə Naxçıvan Muxtar Respublikasında istehsal edilən və ya istehsal potensialı olan 43 adda məhsulun (13 kənd təsərrüfatı, 30 sənaye məhsulu) Türkiyənin bütün ərazisinə idxal rüsumu ödəmədən, güzəştli şərtlərlə daxil olmasına razılıq verilib. Qərara əsasən, Naxçıvan Muxtar Respublikasında istehsal olunan illik təqribən 100 milyon dollar məbləğində məhsullar Türkiyəyə rüsum ödəmədən ixrac ediləcək.

Tarix
2019.09.14 / 15:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Erməni cinayətləri ilə bağlı faktlar BMT TŞ-ya təqdim olundu

Dünya liderlərinin İlham Əliyevə təbrikləri davam edir

Prezidentə yazırlar: Xalq olaraq keçmişi də görmüşük...

Prezident AİB nümayəndələri ilə görüşdü

İlham Əliyev İtaliya prezidentini təbrik etdi

Prezident Milli Məclisə gələndə himn ifa ediləcək

İlham Əliyev 4 fərman imzaladı

Əliyevin mədəni inqilabı: Qarabağın xilas modeli

Əliyevin İrəvan iddiası və Naxçıvana yerləşdirilən raketlər... - Video

Gərginlik pik həddə: nüvə müharibəsi başlaya bilər...

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla