Yuxarı

Novruz Məmmədov xanım nazirlə görüşdü - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Novruz Məmmədov xanım nazirlə görüşdü - Foto

Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov sentyabrın 17-də Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri xanım Natiya Turnava ilə görüşüb.

Axar.az xəbər verir ki, Baş Nazir Novruz Məmmədov Azərbaycan ilə Gürcüstanın sıx əməkdaşlıq əlaqələrinə malik dost ölkələr olduğunu bildirib. “Ötən 27 il ərzində bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi sahələrdə ikitərəfli münasibətlərimiz inkişaf edib. Ölkələrimiz arasında energetika, sərmayə qoyuluşu, iqtisadi-ticarət sahələrində də yaxşı əlaqələr qurulub”,- deyə Baş Nazir bildirib.

Novruz Məmmədov Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatının regionda sabitliyin təmin olunmasına və inkişafa xidmət etdiyini xüsusi vurğulayıb. Ölkələrimiz arasında əlaqələrin daha da inkişafında yüsəksəviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən Novruz Məmmədov xanım Natiya Turnavanın səfərinin də ikitərəfli münasibətlərimizin inkişafına xidmət etdiyini diqqətə çatdırıb. Baş Nazir yaxın gələcəkdə Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclasının keçirilməsinin vacibliyini qeyd edib.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri xanım Natiya Turnava Prezident İlham Əliyev tərəfindən qəbul olunduğunu məmnunluqla vurğulayıb, ölkələrimiz arasında mövcud dostluq münasibətlərindən danışıb. Nazir əlaqələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən nəqliyyat, logistika, kənd təsərrüfatı, turizm sahələrində genişləndirilməsi baxımından yaxşı imkanların olduğunu söyləyib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Tarix
2019.09.17 / 18:41
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın “ən məxfi qadını” Bakıya gəldi - O kimdir?

Prezident Martin Rayanı əfv etdi

Prezident Estoniya səfirini qəbul etdi

İham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı detal

Bayramov Trampın təşkil etdiyi qəbulda iştirak etdi

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla