Yuxarı

Səudiyyənin Qarabağ çağırışları... - Şeyx

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səudiyyənin Qarabağ çağırışları... - Şeyx

Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında dostluq münasibətləri hər iki ölkənin ümumi mənafelərinə cavab verir. Nüfuzlu beynəlxalq təşkilatlarda Səudiyyə Ərəbistanı Azərbaycanın maraqlarını daim müdafiə edib. Azərbaycanın ərazi bütövlüyünün Krallıq tərəfindən birmənalı olaraq tanınması, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsinə dəstək çağırışları ölkəmizə müsəlman dünyasının əsas dövlətlərindən sayılan Səudiyyənin açıq dəstəyi baxımından mühüm mesajdır.

Axar.az Real TV-yə istinadla xəbər verir ki, bunu Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə Səudiyyə Ərəbisrtanının ölkəmizdəki səfitri Həməd bin Abdulla bin Xudeyrlə görüş zamanı dedi.

Görüşdə Şeyxülislam Azərbaycanla Səudiyyə Ərəbistanı arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini xüsusi vurğulayıb. Şeyx Səudiyyə Ərəbistanına səfər təəssüratlarından da danışıb. Orada xüsusi hörmətlə qarşılanmasını, Məkkədə, Mədinədə olmasını, keçirdiyi görüşləri, Kəbə örtüyü hazırlanan fabrikə baş çəkməsini, Kəbə örtüyünə vurduğu ilməni böyük şərəf adlandırıb. Səfərin zirvəsi kimi Kral Salman bin Əbdüləziz əs-Səudlə görüşü xüsusi vurğulayıb. Bu qəbulu təkcə bir din xadiminin deyil, onun timsalında Azərbaycan Prezidentinin yürütdüyü tolerantlıq siyasətinə olan etimadın nümayişi adlandırıb.

Səfir də öz növbəsində Şeyxin səfərini diqqətlə izlədiyini deyib. Şeyxin Səudiyyə Ərəbistanına səfərini ölkəsinə verilən yüksək dəyər adlandırıb.

Diplomat müsahibəsində Səudiyyə Ərəbistanı ilə Azərbaycan əlaqələrindən də danışıb.

Qarşılıqlı səfərləri regionda dini təhlükəsizliyi möhkəmləndirən amil adlandıran diplomat səfərlərin intensivlədirilməsinin vacibliyini də deyib.

Tarix
2019.09.17 / 22:55
Müəllif
Axar.az
Digər xəbərlər

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

Erməni mediası Misir Mərdanovdan yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla