Yuxarı

Qarabağda ssenari təkrarlanır: hazır olun - Erməni politoloq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağda ssenari təkrarlanır: hazır olun - Erməni politoloq

Nikol Paşinyanın siyasi maraqlarına xidmət etmək naminə qanun pozanlar bilməlidir ki, Hitlerin SA hücum qruplarını istifadə edib məhv etdiyi kimi, onlar da atılacaq və ya məhv ediləcəklər.

Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Andranik Tevanyan Feysbuk hesabında yazıb.

Onun sözlərinə görə, bütün bunları həmçinin digər bir inqilabçı – Mao Tszedun da edib. O, hunveybin (qırmızı qvardiyaçılar) və zaofanlardan istifadə edib. Onlar Maonun mədəni inqilabının mühafizəçiləri olublar.

“Hunveybinlər hakimiyyətin fikirlərini bölüşməyənlərin ofislərinə hücum edən xuliqan dəstələri olub. Bundan əlavə polisin laqeyd nəzərləri altında onlar əks-inqilabın qarşısını almaq və “mədəni inqilabı” həyata keçirmək üçün qətllər təşkil edirdilər. Reallıqda isə bu dəstələr sadəcə Maonun hakimiyyətini möhkəmləndirirdilər. Hunveybinlərin qanunsuz istifadəsindən sonra Mao onları sadəcə məhv etdi, bir vaxtlar zombiyə çevrilmiş bu qrupa qarşı Çin ordusunu qoydu”, - Tevanyan bildirib.

“İndi də bizim doğma inqilabçımız qanunsuz əməllər törədilməsi üçün öz xuliqanlarını göndərir. Bunun 2 anlamı var: 1. Paşinyan artıq onu müdafiə edən kütləyə sahib deyil və yerli “hunveybinlər”ə güvənməyə məcburdur. 2. Erməni xalqı ötən əsrin 90-cı illərində olduğu kimi qanunsuzluqlarla dolu vaxtlara qayıdır. Bütün bunlardan belə çıxır ki, 90-cı illərin ssenarisi Qarabağ məsələsində də təkrarlana bilər. Hər şeyə hazır olmalıyıq”, - erməni politoloq yazıb.

Tarix
2019.10.08 / 14:17
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla