Yuxarı

Tiflisdə Azərbaycana qarşı təxribat ifşa olundu

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiflisdə Azərbaycana qarşı təxribat ifşa olundu

ATƏT-in tribunasının Azərbaycan haqqında dezinformasiya yayılması məqsədilə istifadə edilməsi təəssüf doğurur.

Report xəbər verir ki, bu barədə Tiflisdə keçirilən “Dəyişən şəraitdə KİV azadlığı və jurnalistlərin təhlükəsizliyinin möhkəmləndirilməsi” mövzusunda XVI Cənubi Qafqaz media konfransın panel sessiyasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Kamran Həsənov bildirib.

Toplantıda "Sərhədsiz reportyorlar" təşkilatının nümayəndəsi Yoxann Bir çıxış edərək hazırda həbsdə olan jurnalist Əfqan Muxtarlının vəkili Nemət Kərimliyə təzyiq göstərildiyini deyib.

K.Həsənov səsləndirilən ittihamların əsassız olduğunu bildirib:

“Nemət Kərimliyə qarşı hər hansı bir təzyiqin edilməsi barədə yayılan məlumatlar həqiqətəuyğun deyil. Azərbaycanın Ədliyyə Nazirliyi məsələ ilə bağlı açıqlama yayıb. Siz həmin açıqlama ilə tanış ola bilərdiniz. Amma təəssüflər olsun ki, siz yoxlanılmamış məlumatlara istinad edərək emosional bəyanatlar verirsiniz. Həqiqəti üzə çıxarmaq məqsədinizdirsə, niyə yalnız bir tərəfə istinad edirsiniz və Ədliyyə Nazirliyinin açıqlamasını tam inkar edirsiniz?”.

Administrasiya rəsmisi paneldə çıxış edən Mehman Hüseynovun anasının vəfatında Azərbaycan hakimiyyətini günahlandırmasına da münasibət bildirib.

K.Həsənov Azərbaycan hakimiyyətinə qarşı bu cür mövzuda əsassız və təxribat xarakterli ittihamların səsləndirilməsinin çox təəssüf doğurduğunu qeyd edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva paneldə Azərbaycan hakimiyyətinin ünvanına səsləndirilən ittihamları əsassız adlandırıb. O, "Sərhədsiz reportyorlar" təşkilatının belə uydurma məlumatları haradan əldə etməsinin böyük maraq doğurduğunu vurğulayıb.

Qeyd edək ki, Tiflisdə keçirilən “Dəyişən şəraitdə KİV azadlığı və jurnalistlərin təhlükəsizliyinin möhkəmləndirilməsi” mövzusunda XVI Cənubi Qafqaz media konfransı ATƏT-in Media Azadlığı Ofisi təşkil edib.

Tarix
2019.10.09 / 14:22
Müəllif
Axar.az
Digər xəbərlər

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla