Yuxarı

Putindən Türkiyəyə gizli dəstək – Rus ekspert

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putindən Türkiyəyə gizli dəstək – Rus ekspert

Bu gün Suriyada baş verenlərdən danışarkən öncə üç ölkənin – Rusiya, Türkiyə və İranın bu regionda ağalıq edən beynəlxalq terrorizmlə mübarizədə birgə ugurunu yaddan çıxarmaq olmaz. Məhz bu birlik nəticəsində hər üç ölkənin Yaxın Şərqdə mövqeləri möhkəmləndi. Hətta İranın ABŞ ilə dialoqunda daha üstun mövqe qazanmasına səbəb oldu.

Bu sözləri Axar.az-a rus politoloq, PolitRUS ekspert-analitik şəbəkəsinin təsisçisi Vitali Arkov bildirib.

Onun sözlərinə görə, Rusiya, Türkiyə və İranın İŞİD və illərdir Suriyada hegimonluq edən digər terror qruplaşmalarını darmadagın etməsi ABŞ-ın da daxil oldugu Qarb koalisiyasının qonşu İraqdaki antiterror əməlyatlarını kölgədə qoydu və dünya birliyi qarşısında Vaşinqtonun uzun sürən hegemonlugunun finalı kimi qeydə alındı.

“Sözügedən regionda “müstəqil Kürdüstan”ın yaranması siyasi xəritənin dəyişilməsinə və öz növbəsində Suriya və İraqda böyük gərginliyə gətirib çıxara bilər. Bu proses avtomatik olaraq regionda, elecə də Avrasiyanın başqa bölgələrində “milli-azadlıq hərəkatı” adı altında dövlət suvirenliyi olmayan azsaylı xalqları da ayağa qaldıra bilərdi. Bu prosseslərə mane olmaq tək Türkiyə üçün vacib deyil. Bu, regionda sabitlik baxımından çox vacibdir”, - deyə ekspert bildirib.

Arkov əmindir ki, bu baxımdan Türkiyə Kremlin güclü dəstəyinə əmin ola bilər:

“Ola bilsin bu dəstək gizli, pərdəarxası olacaq. Söhbət müasir rus silahlarının Türkiyəyə verilməsindən gedir”.

Tarix
2019.10.11 / 16:33
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

Kral III Msvati Bakıya gəldi

Aleksandr Vuçiç bu gün Bakıya gəlir

Hikmət Hacıyev WUF13-lə bağlı film paylaşdı - Video

Azərbaycanla bağlı bu səhvləri təkrarlamayacam - Paşinyan

Azərbaycanda 4 günlük iş həftəsi... - Detallar

Bakıda forum: Hədəf 8 ölkənin hüdudlarını aşmaqdır - Baş katib

İsrailin Azərbaycan bayrağı yanlışına İranın erməni cavabı

Azərbaycan TDT-ni geosiyasi gücə çevirir...

Şuşada bu evləri 2 minə satırdılar - Erməni bloger

İliyana Yotova Bakıya gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla