Yuxarı

İlham Əliyev Kim Çenin müavini ilə görüşdü - Yeniləndi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Kim Çenin müavini ilə görüşdü - Yeniləndi

15:42

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Çoe Ryonq Haenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Axar.az xəbər verir ki, Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Çoe Ryonq Hae Koreya Xalq Demokratik Respublikasının Dövlət İşləri üzrə Komissiyasının Sədri Kim Çen Inın salamlarını dövlətimizin başçısına çatdırdı.

Görüşdə Azərbaycan Respublikası ilə Koreya Xalq Demokratik Respublikası arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdiyi bildirildi, iqtisadi, humanitar sahələrdə əlaqələrin genişləndirilməsi üçün imkanların olduğu vurğulandı. Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Çoe Ryonq Haenin ölkəmizə səfərinin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyinə əminlik ifadə olundu.

Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri xalqımızın ümummilli lideri Heydər Əliyevin 1985-ci ildə Sovet İttifaqı rəhbərliyində çalışarkən Koreya Xalq Demokratik Respublikasına səfərinin məmnuniyyətlə xatırlandığını vurğuladı.

Söhbət zamanı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurlu olacağına əminlik ifadə edildi.

Prezident İlham Əliyev Koreya Xalq Demokratik Respublikasının Dövlət İşləri üzrə Komissiyasının Sədri Kim Çen Inın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarının Kim Çen Ina çatdırılmasını xahiş etdi.

Tarix
2019.10.24 / 22:04
Müəllif
Axar.az
Digər xəbərlər

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

İlham Əliyev müşavirə keçirdi

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla