Yuxarı

Köçəryan: Əliyevlə Nikolun lift kontaktı İrəvanı məhv etdi - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Köçəryan: Əliyevlə Nikolun lift kontaktı İrəvanı məhv etdi - Video

12:04

Ermənistan hakimiyyətinin kobud səhvləri ucbatından Ermənistanın Qarabağla bağlı danışıqlar masasında mövqeyi zəifləyib.

Axar.az xəbər verir ki, bu sözlər Ermənistanın eks-prezidenti Robert Köçəryanın “Sputnik Ermənistan”da dərc olunan məqaləsində yer alıb.

“Baş nazirin “Qarabağ – Ermənistandır” bəyanatı danışıqları xalqların öz müqəddəratını həlletmə prinsipindən uzaqlaşdıraraq, prosesi bizim üçün arzuolunmaz ərazi bütövlüyü müstəvisinə gətirib. Paşinyan və Əliyevin lift kontaktları bizim üçün çox vacib olan, Vyana və Sankt-Peterburqda əldə edilən razılaşmaları sıfırlayıb. Ermənistan rəhbərliyinin ziddiyətli bəyanatları, həllə bağlı formalaşmış mövqeyinin olmaması erməni tərəfinin konstruktivliyini şübhə altına qoyub. Üstəlik, mövqeyimizin belə qəbulu artıq həmsədrlərin dəyərləndirməsi çərçivəsində ictimai sferaya çıxıb”, – deyə o bildirib.

Köçəryan sülh potensialının dünya ictimaiyyətinin qlobal ziddiyətlərin artması səbəbindən sülhə məcbur etmə resurslarının aydın şəkildə ixtisar olunmasına görə azaldığını bildirib. O, tərəflər arasında müharibə başlayacağı təqdirdə onun miqyası və dağıdıcı təsirinin indiyə qədər baş verən ağırların heç biri ilə müqayisə edilməyəcək dərəcədə ağır olacağını vurğulayıb:

“Konflikt tərəfləri həddən artıq silah və sursat toplayıblar. Bəlkə də bunun başa düşülməsi müharibə haqqında heç bir təsəvvürü olmayan hazırkı hakimiyyətə və onun Feysbuk tərəfdarlarına məsuliyyət gətirəcək.

Ölkənin təhlükəsizliyi təkcə ordunun döyüş hazırlığı və silahlarının sayından asılı olmur. İctimai əhval-ruhiyyə və milli hədəflər ətrafında konsensus da vacib faktorlardır. Cəmiyyətimiz bugünkü kimi ziddiyətli vəziyyətə analoji situasiyada hələ heç vaxt olmayıb”.

Köçəryan Azərbaycanın hərbi xərclərini 20% artırması qarşılığında Ermənistanın müdafiə xərclərinin dondurulmasının həddən artıq şübhəli olduğunu qeyd edib.

Tarix
2019.11.08 / 17:38
Müəllif
İlkin, Əli
Digər xəbərlər

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla