Yuxarı

İlham Əliyev İran nümayəndə heyətilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Axar.az xəbər verir ki, Prezident İlham Əliyev nümayəndə heyətinin üzvlərini salamlayıb:

“Xoş gəlmisiniz. Çox şadam ki, qardaş ölkə sabah keçiriləcək dünya dini liderlərinin Zirvə Görüşündə yüksək səviyyədə iştirak edəcək. Həm bu Zirvə Görüşündə iştirak çox önəmlidir, eyni zamanda, yaxşı fürsətdir ki, ikitərəfli məsələləri də müzakirə edək.

Bildiyiniz kimi, bu yaxınlarda İran İslam Respublikasının Prezidenti cənab Ruhani Azərbaycanda səfərdə idi, Qoşulmama Hərəkatının Zirvə Görüşündə iştirak edirdi. Səfər çərçivəsində bizim görüşümüz olmuşdur. Çox yaxşı görüş oldu. Görüş zamanı gündəlikdə duran bir çox ikitərəfli məsələləri müzakirə etdik. Bir daha gördük ki, İran-Azərbaycan əlaqələri yüksək səviyyədədir, uğurla inkişaf edir. İmzalanmış bütün sənədlər, əldə olunmuş razılaşmalar icra edilir. Bu, onu göstərir ki, əlaqələr çox səmərəlidir və yaxşı nəticə verir. Əminəm ki, gələcəkdə bu əlaqələrin inkişafı üçün hər iki tərəf öz səylərini göstərəcək və əldə edilmiş bütün razılaşmalar həyatda öz yerini tutacaqdır.

İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi deyib:

“Çox sağ olun, təşəkkür edirəm. Bizə vaxt ayırdığınıza və bizi qəbul etdiyinizə görə Sizə təşəkkürümü bildirirəm. İki il bundan əvvəl mənə belə bir fürsət yarandı, xanım Mehriban Əliyeva ilə görüşdüm və indiyədək həmin görüşü xatırlayıram, xoş təəssüratları yadımdadır.

Əvvəlcə, istərdim ki, öz dövlətimin, İran İslam Respublikası dövlətinin və xalqının səmimi salamlarını Sizə çatdırım. Bizimlə Azərbaycan arasında müştərəkliklər, bağlılıqlar çoxdur. Mən uşaqlıqdan Azərbaycan dilini nənəmdən öyrənmişəm. İllər keçdikcə bu dili mənə öyrətdiyinə görə və öz sinəsindən mənim sinəmə bu dili nəql etdiyinə görə həmişə ona dua edirəm.

Bizimlə sizin aranızda bir çox bağlılıqlar, müştərəkliklər var, o cümlədən mədəni sahədə. Buna görə də biz mədəni sahədə bir çox birgə layihələr həyata keçirmişik və əməkdaşlıqlar etmişik. Mədəniyyət Nazirliyi ilə bir çox proqramlar, layihələr icra etmişik, gələcəkdə də bunu davam etdirəcəyik”.

Söhbət zamanı ölkələrimiz arasında enerji, ticarət və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, ikitərəfli əlaqələrimizin möhkəmləndirilməsində dövlət başçıları arasında mütəmadi olaraq keçirilən görüşlərin əhəmiyyəti qeyd edilib.

Tarix
2019.11.13 / 17:07
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp istədi, AB əməl edir: Rusiyadan idxal dayandırılır...

Bayramov Marta Kos ilə bölgədəki vəziyyəti müzakirə etdi

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla