Yuxarı

ADY rəhbərliyi “InnoTrans 2026” sərgisində - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADY rəhbərliyi “InnoTrans 2026” sərgisində - Foto

Almaniya Federativ Respublikasında səfərdə olan Azərbaycan Dəmir Yollarının (ADY) rəhbərliyi “InnoTrans” beynəlxalq nəqliyyat texnologiyaları sərgisini ziyarət edib.

Axar.az xəbər verir ki, sərgi çərçivəsində ADY rəhbərliyi bir sıra aparıcı nəqliyyat şirkətləri, o cümlədən Almaniyanın iri dəmir yolu operatoru və nəqliyyat şirkəti “Deutsche Bahn” və Türkiyə Dövlət Dəmir Yollarının nümayəndələri ilə görüşlər keçirib və əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparıb.

Eyni zamanda, sərgidə iştirak edən “Siemens”, “Hitachi” və “Tesmec” kimi tanınmış texnologiya şirkətləri ilə dəmir yolu sənayesində süni intellektin inteqrasiyası, rəqəmsal dispetçer mərkəzlərinin yaradılması, yeni rəqəmsal həllərin tətbiqi və digər innovativ yanaşmalar üzrə təcrübələrin öyrənilməsi barədə fikir mübadiləsi aparılıb.

ADY nümayəndə heyəti həmçinin “InnoTrans 2026” sərgisi çərçivəsində keçirilən “Rail Leaders Summit” (Dəmiryol Rəhbərlərinin Görüşü) tədbirində dəmiryol sənayesinin inkişafı və əməkdaşlıq imkanları barədə müzakirələrdə iştirak edib.

“Qlobal miqyasda mobillik – layihələrin və inkişaf imkanlarının formalaşdırılması” mövzusunda keçirilən “InnoTrans 2026” sərgisində nəqliyyat sektorunda yaşıl texnologiyaların tətbiqi, hibrid lokomotivlər və enerji istehlakı cəhətdən səmərəli dəmir yolu əməliyyatları kimi məsələlərə diqqət çəkilir.

İki ildən bir təşkil olunan, 100 mindən çox iştirakçısı olan “InnoTrans” ictimai nəqliyyat, o cümlədən dəmiryol nəqliyyatı vasitələri və texnikalarının nümayiş etdirildiyi ən böyük beynəlxalq sərgilərdən biridir.

Tarix
2026.09.24 / 14:39
Müəllif
Axar.az
Digər xəbərlər

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla