Yuxarı

Cəhalətdə çürüyən ermənilər və Njde abidəsi – Erməni ekspert

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cəhalətdə çürüyən ermənilər və Njde abidəsi – Erməni ekspert

Qaregin Njdenin İrəvandakı abidəsini sökməyə qoymazlar. Njde obrazı bu gün ölkədəki vətənpərvərlik anlayışı ilə tamamilə uyğun gəlir. Özləri haqqında həqiqəti bilmək və həqiqi səbəbləri anlamaq istəməyən ermənilərin böyük əksəriyyəti könüllü olaraq cəhalət içərisində çürüyürlər.

Bu sözləri Axar.az-a açıqlamasında erməni əsilli ukraynalı tarixçi-tədqiqatçı Filip Ekozyants deyib.

Onun sözlərinə görə, kütləvi informasiya vasitələrinin yaratdığı obrazla Qaregin Ter-Arutyunyan adlı real şəxsi səhv salmaq olmaz. Çünki bu, ümumiyyətlə eyni şey deyil.

“Njdenin mediada yaradılan obrazı bu gün bütün erməni siyasi baxışlarını birləşdirir. Birbaşa desək, bu gün nadir ermənilər öz xalqını yalnız sözdə müdafiə edən, lakin əslində onu nifrət və ümidsizlik uçurumuna atan həmin insanı təxribatçı kimi tanıyır. “Milli qəhrəman” anlayışı istənilən ölkədə daxili istifadə üçün mövcud olduğundan bizim qarşımıza inadkarlıq və alternativ mövqe əskikliyi ilə artan bir güc çıxır. Bu cür insanların qəhrəmanlaşdırılması arsız vətənpərvərlərin şıltaqlığı deyil. Bu, erməni millətinin həqiqi yaradıcılarının əsas xəttinin davamıdır”, - ekspert deyib.

Ekozyants qeyd edib ki, abidə qoyulmasını tənqid etmək – Ermənistanın yaxın ətrafının sadəcə məcburi reaksiyasıdır: nə Rusiya, nə də Belarus alman faşizminin ortağı olduğu bir şəxsin bu müharibədə qələbə üçün çox canlar vermiş bir xalqın qəhrəmanına çevrilməsinə reaksiya verməyə bilər. Lakin hər kəs başa düşür ki, problemi bu yolla həll etmək mümkün deyil: hələ ki ermənilərin özlərinin Njdeni qəhrəman saydıqları vaxtda abidə sökülməyəcək.

“Vəziyyəti nə dəyişə bilər? Yalnız tarixin düzgün anlaşılması. Ermənilər məhz özləri hər şeydən əvvəl Ermənistan dövlətindən qaçırlar: əllərinə ən kiçik fürsət düşən kimi hər şeylərini yığıb qaçırlar. Lakin ən kədərlisi odur ki, ermənilərin yalnız kiçik bir hissəsi səbəbi özündə axtarır. İnanın mənə, hesab etmirəm ki, başlarına gələn bütün bəlalarda yalnız ermənilər günahkardır. Belə düşünmək də cəhalətdir. Günahkar çoxdur, bəşəriyyət – mələklər toplusu deyil. Lakin biz əsas bir şeyi başa düşməliyik: kim və niyə bizi süni, saxta keçmişlə bəsləyir? Njdeyə abidə qoyulması əmrini kimin niyə verdiyini, kimin onu “qəhrəman”a çevirdiyini anlayanda bununla yanaşı daha artıq şeyləri də anlayacağıq. Mən öz atamın xalqını sevirəm: isti, ailəcanlı, həssas. Ancaq bizim böyük problemlərimiz var. Onları düzəltmək lazımdır”, - ekspert qeyd edib.

Tarix
2019.11.13 / 15:57
Müəllif
Əli, Orxan
Digər xəbərlər

Paşinyan İlham Əliyevə təşəkkür etdi

Paşazadə 10 yepiskopla görüşsə... - Badalyan

Sabah Azərbaycanla Türkiyə arasında mühüm iclas keçiriləcək

Türkiyə də Ukrayna müharibəsinə sürüklənir: Tərəf seçə bilər

İlham Əliyev Piterə gələ bilər - Peskov

Vardanyan Bakıda bu cür saxlanılır: şəraiti... - Video

Hökumə Əliyevanın ailə üzvləri Aktauya getdi - Video

Rusiyanın Türkiyəyə qarşı təxribatı - Nə baş verir?

Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi

Ermənistana investisiyalar Türkiyə üçün risklər yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla