Yuxarı

Ərdoğan və Putinin erməniləri qorxudan planı - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan və Putinin erməniləri qorxudan planı - Video

10:43

Türkiyə ilə Rusiya arasındakı əməkdaşlıq İrəvanda artıq panika halını alıb. Mətbuatda və əsasən də sosial şəbəkələrdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə birgə Ermənistanın “arzulamadığı” bir gizli planının olmasından yazılır.

Axar.az xəbər verir ki, Ermənistanın “Aravot” qəzetinin dünənki buraxılışında bu mövzü geniş yer alıb.

Belə ki, qəzet Ermənistan hakim dairələrində olan etibarlı mənbələrinə istinadən yazır ki, Rusiya-Türkiyə münasibətləri pik nöqtəyə yaxınlaşır:

“Artıq buna nə ABŞ, nə də digər Qərb ölkələri mane ola bilir. S-400 məsələsində Ərdoğan öz prinsipiallığını hamıya göstərməyi bacardı. Amma S-400 aysberqin görünən hissəsidir. Əslində ən böyük razılaşmalar hələ ki, su altında qalır. Bura yaxın vaxtlarda Ankaranın Rusiya istehsalı olan müasir Su-35 və Su-57 təyyarələrini əldə etməsini, Kremlin köməkliyi ilə türk kosmik proqramının başlamasını və Qarabağ məsələsinin Azərbaycanın xeyrinə həllini də əlavə etmək olar”.

“Aravot”a müsahibə verən erməni ekspert Ayk Qabrelyan bununla bağlı danışarkən qeyd edib ki, Türkiyə ABŞ tərəfindən böyük basqıya baxmayaraq, Rusiyanın maraqları çərçivəsində hərəkətini davam etdirir.

“Ərdoğan və Putinin çox böyük hərbi-strateji planları var və biz yaxın vaxtlarda bunun şahidi olacayıq. Əlbəttə, bu, Türkiyə və Rusiyaya əlavə sanksiyalar ilə nəticələnəcək. Amma elə görünür ki, bu Ankara və Moskvanı çox da narahat etmir”, - deyə Qabrelyan qeyd edib.

Tarix
2019.12.18 / 15:46
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi - Foto

“Bazar günü nə baş verib?” - Prezidentin sərrast cavabı

Keçmiş deputat vəzifədən azad edilib?

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla