Yuxarı

Həbsdən çıxan Səlim Müslümovun yeni işi...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həbsdən çıxan Səlim Müslümovun yeni işi...

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Milli Aviasiya Akademiyasında iqtisadiyyat müəllimi kimi fəaliyyətə başlayıb.

Axar.az TodayPress TV-yə istinadla xəbər verir ki, S.Müslümov bundan əvvəl, 2019-cu ildə akademiyanın Dünya iqtisadiyyatı kafedrasının müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, Səlim Müslümov 2013–2018-ci illərdə əmək və əhalinin sosial müdafiəsi naziri, 2002–2013-cü illərdə isə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri vəzifələrində çalışıb.

İqtisad elmləri doktoru olan keçmiş nazir 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. O, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda rüşvət alma ittihamları ilə həbs olunub.

İstintaq müddətində dəymiş ziyanın böyük hissəsini ödəməsi və səhhətindəki problemlər nəzərə alınaraq S.Müslümov barəsində seçilmiş həbs qətimkan tədbiri ev həbsi ilə əvəzlənib.

Daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib.

Tarix
2026.09.29 / 11:31
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla