Yuxarı

Haftar niyə Türkiyəyə meydan oxudu? – Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Görünür, Liviyada sülh sazişinin bağlanmasını istəməyən qüvvələr Haftarın Moskvadan atəşkəs haqqında müqaviləni imzalamadan getməsini istəyib.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov Liviya Milli Ordusunun rəhbəri marşal Xəlifə Haftarın atəşkəs haqqında müqaviləni imzalamadan Moskvanı tərk etməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Xəlifə Haftarı əsas dəstəkləyən ölkələrin başında Fransa, İtalya və digər Avropa ölkələri durur.

Politoloq Liviyada tərəflərin güc balansını müqayisə edərək bildirib ki, Xəlifə Haftarın gücü bu gün Fayez Sərracın gücünü bir neçə dəfə üstələyir:

“Xəlifə Haftarın ordu birləşmələri son dərəcə mütəşəkkil tərzdə qurulmuş nizami ordudur. Digər tərəfdən, Xəlifə Haftarın hərbi hava qüvvələri də mövcuddur. Fayez Sərracın ordu birləşmələri isə əsasən Yaxın Şərqdən təxliyə olunmuş, İŞİD sıralarında döyüşmüş səhra komandirlərindən və onların dəstələrindən ibarətdir”.

Politoloq ölkədəki neft amilindən də danışıb:

“Tripoli ilə Benqazi arasındakı mübarizə iki ilə yaxındır ki, çox şiddətli bir hal alıb. Bu yaxınlarda Fayez Sərracın ordu birləşmələri Sirt şəhəri uğrunda döyüşlərdə məğlub oldu və onu da qeyd edim ki, Sirt şəhəri olduqca önəmli liman şəhəridir”.

Sirt şəhərinin həmçinin ölkə neftinin ixrac olunması baxımından önəmini vurğulayan politoloq bildirib ki, burada bir çox Qərb dövlətlərinin, o cümlədən Britaniyanın böyük maraqları var.

“Fayez Sərrac ilə Xəlifə Haftar arasındaki münaqişəni çətin ki, hansısa bir kənar qüvvə həll etsin. Tərəflər arasında bir razılaşma olsa belə, bu, uzun müddət davam etməyəcək. Hazırda Liviyada güc nisbəti Xəlifə Haftarın xeyrinədir və o, bu üstünlükdən maksimum dərəcədə istifadə etməyə çalışacaq”.

Politoloq Türkiyənin Liviyadakı maraqlarına toxunub:

“Türkiyənin Liviyada hərbi kontingenti var, lakin bu, kifayət qədər deyil və ən əsası da Türkiyə Liviyaya olduqca uzaqdır. Türkiyənin Liviyadakı varlığı Fayez Sərraca dəstək kimi görünsə də, bu, ABŞ-la razılaşdırılmış bir gediş idi. İnanmıram ki, Türkiyənin Liviyadakı kontingenti qüvvələr nisbətini Tripolinin xeyrinə dəyişə bilsin. Əksinə, düşünürəm ki, Liviyada vaxt Xəlifə Haftarın xeyrinə işləyir”, - politoloq qeyd edib.

Qeyd edək ki, ötən gün Liviya Milli Razılıq Hökumətinin başçısı Fayez Sərrac və Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftar Moskvaya səfər edərək, görüş keçirib. Rusiya və Türkiyənin vasitəçiliyi və iştirakı ilə baş tutan görüşün sonunda tərəflərə atəşkəs haqqında müqaviləni imzalamaq təklif edilsə də, Haftar bir gün vaxt istəyib. Amma gecə Haftar müqaviləni imzalamadan Moskvanı tərk edib.

Tarix
2020.01.14 / 16:48
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla