Yuxarı

Putin müharibəni niyə dayandırmır? - Səbəb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin müharibəni niyə dayandırmır? - Səbəb

ABŞ Prezidenti Donald Trampın döyüş əməliyyatlarını dayandırmaq çağırışına baxmayaraq, Kreml bunu etməkdə maraqlı deyil, çünki Rusiya qoşunları Ukraynada cəbhə xəttinin bir neçə istiqamətində irəliləyir.

Axar.az xəbər verir ki, bu barədə CNN nəşri yazıb.

Qeyd olunur ki, Rusiya ordusu xüsusilə güclü hava bombardmanlarının hesabına uğur qazanır. Məsələn, təkcə cümə günü rekord sayda — 268 idarəolunan aviasiya bombası istifadə edilib. Müqayisə üçün, son həftələrdə bu göstərici gündəlik orta hesabla 170–180 arasında olub.

Bundan əlavə, Rusiya hər gecə bütün Ukrayna ərazisinə pilotsuz uçuş aparatları (PUA) və raketlərlə zərbələr endirir, əsasən enerji infrastrukturu obyektlərini hədəfə alır. Sentyabr ayında işğalçılar sutkada orta hesabla 180-dən çox PUA buraxıblar ki, bu da ilin əvvəlindəki göstəricidən 2 dəfə çoxdur.

Beləliklə, analitiklərin fikrincə, Kremlin kompromisə getməsi üçün heç bir stimulu yoxdur.

“Moskva dronlardan istifadə üçün yeni üsullar işləyib hazırlayıb. Bu üsullar Ukrayna hərbçilərini aşkar etmək və məhv etməyə, həmçinin Ukrayna obyektlərini dağıtmağa imkan verir. Beləcə, əvvəllər zəif nöqtəsi sayılan sahə indi onun üstünlüyünə çevrilib”, – deyə analitik Dara Massikot yazıb.

Tarix
2025.10.19 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Şövkət Mirziyayev Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

MM bəyanat yaydı: Oqtay Saralın əsassız ittihamları...

Uşaqların İran və ifrat dini simvollara cəlb edilməsi... - Deputat

Dövlətimə inanıram, problemin həll olunacağını düşünürəm

AKP YAP-a sözünü X-lə niyə deyir, YP ilə səhv salır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla