Yuxarı

Rus əsgərləri Ukraynada bu taktikaya əl atırlar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus əsgərləri Ukraynada bu taktikaya əl atırlar

Rus əsgərləri Donetsk vilayətinin Torskoye qəsəbəsi yaxınlığında irəliləyiblər, hətta Liman istiqamətində, eləcə də Zareçnoye rayonunda “boz zona”nı genişləndiriblər.

Axar.az xəbər verir ki, bu barədə “DeepState” layihəsi məlumat yayıb.

Məqalədə qeyd edilib ki, Rusiya Yampola edilən uğursuz hücumlardan sonra ordunu Limana qədər olan meşəlik ərazilərə toplayıb. Belə ki, ruslar Yampola qərb tərəfdən yaxınlaşmağa başlayıblar. Onlar meşələrdə gizlənərək kəndə daxil olmaq üçün yollar axtarırlar. Bu cəhdlər hələ də davam edir. Bəzən bir neçə nəfər kəndə daxil ola bilir, amma çox vaxt oradaca ölürlər.

Ekspertlər isə bildirir ki, son günlərdə ruslar sızmağa çalışdıqları ərazilərin miqyasını genişləndiriblər. Artıq bir neçə dəfə Liman şəhərinin kənarına qədər irəliləyiblər. Onlar adətən gecə vaxtı kiçik piyada qruplarla əraziyə sızmağa çalışırlar. Məqsədiləri isə əvvəlcə sağ qalmaq və digər qrupların gəlməsini gözləyərək toplaşmaqdır.

Buna baxmayaraq, Ukraynanın Müdafiə Qüvvələri əraziyə davamlı nəzarət edir və PUA-lar onları vaxtında aşkarlayıb, müəyyən yerlərdə toplanmasının qarşısını alır.

Tarix
2025.10.19 / 08:30
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Azərbaycan nümayəndələri Kabildə beynəlxalq görüşdə...

Almaniya ümid edir ki, Əliyev bu il Berlinə gələcək – Səfir

Ermənistana 490 ton buğda göndərildi

İsrail ABŞ-İran razılaşmasına qarşı çıxdı

İsrail, İran, ABŞ, ərəblər - narazıdır: Bu, nə razılaşmadır?

Ərdoğan Azərbaycanı təbrik etdi

Suriyalı nazir Azərbaycanla münasibətlərdən danışdı

Türkiyə MN Azərbaycanı təbrik etdi - Foto

Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb?

Ulu Öndərin qayıdışı ölkəmizin taleyində dönüş anı oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla