Yuxarı

Rus deputatdan Bakı ilə bağlı təklif: Qəhrəman şəhər...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus deputatdan Bakı ilə bağlı təklif: Qəhrəman şəhər...

2020-ci ildə Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi qeyd ediləcək. Bununla əlaqədar Rusiya Dövlət Dumasında sakinlər hərbi və mülki istehsal müəssisələrində fasiləsiz istehsal təmin edən, kütləvi əmək qəhrəmanlığı nümayiş etdirən şəhərlərə “Əmək Şücaəti Şəhəri” adı verilməsi üçün hüquqi əsaslar yaradan qanun layihəsi müzakirə edilib.

Bunu Report-a Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev deyib.

“Nəzərə alınmalıdır ki, postsovet məkanında olan şəhərlər də bu ada layiqdir. Məsələn, Bakıya qəhrəman şəhər adının verilməsi məsələsi bir neçə dəfə müzakirə edilib. İkinci Dünya Müharibəsi zamanı Bakı sakinləri gecə-gündüz çalışıb Sovet tanklarını və təyyarələrini yanacaqla təmin ediblər. Müharibə illərində Azərbaycanda “Stalinqradımız hər quyudadır” plakatları asılmışdı və bu elə belə idi. Sovet ordusuna lazım olan bütün yanacağın 80%-i buradan gəlirdi”, - D.Savelyev bildirib.

“Böyük Vətən Müharibəsindəki qələbə bir vaxtlar vahid olan sovet xalqının böyük səyləri sayəsində əldə edilib. Bu gün müxtəlif ölkələrdə yaşayırıq, ancaq cəbhədə həlak olanlara və cəbhənin ehtiyacları üçün gecə-gündüz çalışanların xatirəsini yad edə bilərik. Ona görə də bu qanun layihəsində bu yüksək adın Bakıya da verilməsinin mümkünlüyünün nəzərə alınmasını istərdim”, - rusiyalı deputat vurğulayıb.

Tarix
2020.01.17 / 18:04
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla