Yuxarı

Ötən əsrin iki böyük dəhşəti - Holokost və Xocalı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarix boyu yəhudi xalqı sürgünlərə, qırğınlara məruz qalıb. Bunların ən dəhşətlisi Holokostdur.

Holokost yunanca “holos” – bütün və “koustos” - yanmış sözlərindəndir. Ümumiyyətlə, antisemitizm tarix boyu Avropada olub. Yəhudilərin İspaniyadan sürgünləri və enqiziya nəticəsində yüz minlərlə yəhudi müxtəlif işgəncələrlə öldürülüb, bütün malları müsadirə olunub.

Tarixdə rus çarı III Aleksandrın yəhudilər əleyhinə çıxardığı qərarlar da var. Həmin qərarlara əsasən, yəhudilər öz adlarına mülk ala, şəhər və qəsəbələrin kənarında yaşaya, bazar günləri və xristian bayramlarında ticarət edə bilməzdi.

Bu vəziyyət Avropanın hər yerində eyni idi. Ən pisi o idi ki, bütün bunları din adı altında edirdilər.

Hitler və Nasist partiyasının hakimiyyətə gəlməsindən sonra Almaniyada yəhudilərə qarşı təzyiqlər artmağa başladı. Öncə dövlət qurumlarında çalışan yəhudilər işlərindən qovuldu. Heç bir yəhudi dövlət qurumunda çalışa bilməzdi, həmçinin yəhudi tələbələr də təhsil aldıqları universitetlərdən çıxarılırdılar.

1935-ci ildə Nürnberq qanunları qəbul olundu. Bu qanunlara əsasən, yəhudilər ari irqdən kimsə ilə ailə qura bilməzdilər. Bununla bərabər yəhudilərin alman vətəndaşlığı da əllərindən alındı. Almaniya üçün çalışıb, Almaniya üçün xidmət edən yəhudilər artıq bu ölkədə düşmən elan edilmişdi. Tanınmış yəhudi alimlər ölkəni tərk edirdilər. Bunlara Albert Eynşteyn, Ziqmund Freyd, Volter Benjamini misal göstərmək olar.

1938-ci il 9 noyabrı 10 noyabra bağlayan gecədə Nasist partiyasının təşkil etdiyi hücumda yəhudilərə aid evlər, iş yerləri və ibadətxanalar yandırıldı. Həmin gecəyə “Kristal gecəsi” deyildi. Dağıdılan sinaqoq və evlərin qırılan şüşələrinin parıltılarına görə belə adlanırdı.

Həmin gecə 91 yəhudi öldürüldü, yüzlərlə sinaqoq və ev yandırıldı. Bu hadisələrin sonunda 30 min yəhudi Daçau, Buçenvald, Orenburq xüsusi düşərgələrinə göndərildi. Orada bütün mal varlıqlarını alman hökumətinə verəcəkləri barədə sənədlərə qol çəkəndən sonra sərbəst qala bilirdilər.

Almaniyanın Polşanı işğal etməsi nəticəsində isə iki milyondan artıq yəhudi Almaniya hakimiyyətinin nəzarəti altına girdi. Himmlerin sağ əli olan Reynhard Heydriç yəhudilərin gettolara yerləşdirilməsini və alman ordusu üçün çalışmalarını təklif etmişdi. Almaniya hökuməti bütün yəhudiləri gettolara doldurdu. Bu gettolardan ən böyüklərindən biri Varşava gettosu idi.

Almaniya işğal etdiyi ölkələrdə də eyni siyasəti həyata keçirirdi. Faşist Almaniyası bütün yəhudiləri Yer üzündən silməkdə qərarlı idi. Bunun üçün yəhudilər ölüm düşərgələrinə göndərilirdi. Bu düşərgələrdən ən qorxunc olanları Ausçvitz-Birkenau, Maydanek, Varşova, Arbeytsdorf idi. Bu ölüm düşərgələrində yəhudilər üzərində qorxunc tibbi sınaqlar aparılırdı. “Ölüm mələyi” ləqəbi ilə tanınan Yosef Mengel yəhudilər üzərində amansız sınaqlar aparırdı. Bunlara qolları, ayaqları diri-diri kəsilmiş insanlar, əkiz körpələr və s. aid idi. O, iki milyon insanın öldürülməsində birbaşa günahkar idi.

Faşist əsgərləri bununla bərabər işğal etdikləri yerlərdə də yəhudiləri öldürürdülər. Bu qətliamlardan biri də Kiyev ətrafında olan Babi Yar idi. Bu qətliamda 34 min yəhudi güllələnmişdi. Bütün bu soyqırımlar nəticəsində 1,2 milyonu uşaq və körpə olmaqla, 6 milyon yəhudi soyqırıma məruz qaldı.

1945-ci il 27 yanvar tarixində ən böyük ölüm düşərgəsi olan Ausçvitz-Birkenau Müttəfiq qoşunları tərəfindən azad edildi. 2005-ci il tarixindən BMT tərəfindən 27 Yanvar Holokost qurbanlarının Anım Günü kimi qeyd edilir.

Beləcə əsrlərlə dünyada antsemitizm olduğu halda yəhudilər hər zaman Azərbaycanda sülh içində yaşayıblar. Bundan başqa, yəhudi xalqı kimi Azərbaycan xalqı da tarix boyu soyqırımlarına məruz qalıb. Necə ki, Ausçvitzdə yəhudi körpələrin diri-diri qolları, ayaqları kəsilirdi, hamilə qadınların qarınlarından uşaqlar çıxarılırdısa, eyni qətliamı Xocalıda, Qarabağda Azərbaycan xalqı da yaşadı. Bu soyqırım nəticəsində rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdür ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi.

Bu gün bütün dünyada ən pis xəstəlik irqçilik və faşizmdir. 1918-ci ildə Qubada yəhudi xalqına da bu zülm edilib. Stepan Şaumyanın və Lalayanın başçılıq etdiyi faşist dəstələri Azərbaycanlarla birlikdə yəhudilərə qarşı da qırğınlar törədiblər. Bu qırğınlar nəticəsində üç mindən artıq yəhudi qətlə yetirilib. AMEA-nın insan hüquqları insitutunun və yəhudi icmasının köməkliyi ilə öldürülən 87 yəhudinin adı aşkar olunub.

Ermənilər və xüsusilə Daşnak Partiyasının Hitler və Faşist Partiyası ilə əlaqələri mövcud idi. Həftəlik “Hayrenik” jurnalının 1936-cı il 19-21 avqust nömrəsinin üz qabığında Hitlerin fotosu və nasist liderin fəaliyyətini təbliğ edən məqalə yayımlanmışdı. Bundan başqa ermənilər birbaşa Hitlerin ordusuna qatılıb və yəhudi soyqırımında iştirak etmişdilər. Hitlerin ordusunun tərkibində müxtəlif erməni taborları var idi. III Reyx üçün savaşmış məşhur erməni taborlarında biri də 812-ci tabor idi. Bu tabor Alfred Muradyan və Armik Camalyanın rəhbərliyi ilə təşkil olunmuşdu. Armik Camalyan Ermənistan xarici işlər naziri olmuş Arşak Camalyanın oğlu idi.

Gördüyümüz kimi, erməni faşizmi yalnız Azərbaycan xalqına düşmən deyil. Erməni faşizminə xidmət etməyən hər bir xalq, millət onların düşmənidir.

Azərbaycan xalqı hər zaman çörək verdiyi, qonşu bildiyi ermənilər və onların faşist siyasəti ilə üzləşib. Ən son erməni faşizmində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün öz yurdlarından didərgin düşdü, minlərlə insan vəhşicəsinə öldürüldü. Azərbaycanın bu haqlı davasında yəhudi xalqı da Azərbaycanın yanında oldu. Albert Aqarunov Qarabağda azərbaycanlılarla çiyin-çiyinə döyüşərək şəhid oldu. Bu gün hər iki xalq bir-birinə dəstək olur. Çünki hər iki xalq terrordan, soyqırımdan əziyyət çəkib. Haqlı davamız Qarabağ məsələsində İsrail və yəhudi xalqı Azərbaycana daim dəstək olur. Gözəl haldır ki, İsrail Prezidenti Reuven Rivlin Xocalı soyqırımını BMT kürsüsündən Holokosta bərabər, insanlığa edilmiş bir cinayət kimi bütün dünyaya bildirir. Bu, iki xalqın və dövlətin bir-birinə verdiyi dəyərdən irəli gəlir.

Məqaləni Holokost soyqırımında və Xocalıda ölənlərə Tanrıdan rəhmət diləyərək bitirmək istəyirəm.

Tarix
2020.01.24 / 10:24
Müəllif
Murad Salmanov
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla