Yuxarı

Fuad Muradov Ərəbistanda - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fuad Muradov Ərəbistanda - Foto

Səudiyyə Ərəbistanı Krallığında səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Komitənin nümayəndə heyəti fevralın 6-da “Kral Salman” Humanitar Yardım Mərkəzinin (KSHYM) rəhbəri Abdullah ər-Rabiə ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında münasibətlərin yüksək səviyyədə olduğu vurğulanıb, iqtisadiyyat, ticarət və turizm sahələrində əlaqələrin inkişafından məmnunluq ifadə olunub, humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyəti qeyd edilib.

Rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında Səudiyyə Ərəbistanı tərəfini məlumatlandıran Komitə sədri azərbaycanlıların dünyanın 50-dən artıq ölkəsində yaşadıqlarını və yerli cəmiyyətlərə asanlıqla inteqrasiya etdiklərini bildirib. O qeyd edib ki, hazırda xaricdə yaşayan həmvətənlərimiz üçün müxtəlif irimiqyaslı layihələr həyata keçirilir.

Komitə sədri Heydər Əliyev Fondunun fəaliyyəti, onun Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda həyata keçirdiyi layihələr, habelə beynəlxalq əlaqələri barədə qarşı tərəfə məlumat verib.

Səudiyyə Ərəbistanında yaşayan soydaşlarımızın əsasən səhiyyə sektorunda çalışdığı barədə məlumat verilib və onların yaşadıqları ölkənin inkişafına öz töhfələrini verdikləri vurğulanıb.

Abdullah ər-Rabiə Səudiyyə Ərəbistanının ali rəhbərliyinin Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verdiyini diqqətə çatdıraraq, Azərbaycan tərəfinin əməkdaşlıqla bağlı təkliflərini və Azərbaycanla əməkdaşlıq əlaqələrini müzakirə etməyə hazır olduğunu bildirib.

“Kral Salman” Humanitar Yardım Mərkəzi haqqında Azərbaycan nümayəndə heyətinə məlumat verən A.Rabiə rəhbərlik etdiyi qurumun fəaliyyətinin çoxşaxəli olduğunu, həyata keçirdiyi layihələrin təkcə Səudiyyə Ərəbistanının deyil, bütün müsəlman dünyasının rifahına xidmət etdiyini diqqətə çatdırıb.

Görüş zamanı iki ölkə arasında əməkdaşlığın inkişaf istiqamətlərinə dair geniş fikir mübadiləsi aparılıb, konkret təkliflər irəli sürülüb.

Tarix
2020.02.06 / 23:08
Müəllif
Axar.az
Digər xəbərlər

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

Azərbaycanın Gürcüstana münasibəti... - Kavelaşvili

MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili

Rubio Lavrovu pərt elədi - Son ümid puç oldu

Azərbaycan və Rusiya iqlim dəyişikliyini müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla