Yuxarı

"Rusiyaya qalib gəlməyimiz dünyada şok təsir yaratdı"

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Doğurdan da tarixi bir qələbə, tarixi uğurdur. Azərbaycan yunan-roma güləşçilərinin yüksək ustalıq göstərməsi, bütün dünyanı bir daha heyrətə gətirdi".

Report-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov deyib.

Qazanılan uğurun səbəbinin Prezident İlham Əliyevin idmana, xüsusilə də güləşə göstərdiyi qayğının nəticəsi olduğunu vurğulayan baş katib indiyədək İranda keçirilən güləş yarışlarında heç bir ölkənin onlara qalib gəlmədiyini bildirib. Onun sözlərinə görə, İran güləşçiləri ilk dəfədir ki, öz vətənlərində məğlub olurlar: "Xüsusilə vurğulamaq istərdim ki, idmançılarımızın yüksək texnika, əzmkarlıq göstərməsi hər kəsi heyran etdi. Təbii ki, biz güləşçilərimizdən bunu gözləyirdik. Məşqçilər korpusu da bunun üçün böyük əmək sərf etmişdi. Artıq qrupda birinci olduğumuz halda bunu tarixi qələbə kimi qeyd edirdik. Azərbaycan güləşi həmişə Dünyanın ilk 3-lüyündə yer alıb. Rusiya yığmasına qalib gəlməyimiz dünya ölkələrində şok təsir yaratdı. Hakimlərin qeyri-obyektiv qərar verməsinə 59 kq və 98 kq-da çıxış edən idmançılaırmızın haqsızlıqla üzləşməsinə baxmayaraq Azərbaycan Tehranda Dünya Kubokunun sahibi oldu. Bu qələbə bizə çox lazım idi. Bunun üçün də hər kəsə minnətdaram. Ümid edirəm ki, Avropa Oyunlarında da bu idmançılar öz uğurlarını davam etdirəcək".

Mükafatlandırma mərasimində Azərbaycan Dövlət Bayrağının 5 guşəli olmasına toxunan Ə.Cəfərov bununla bağlı təşkilatçılara etiraz etdiklərini də qeyd edib: "Himn səsləndiyi vaxtı bununu şahidi olduq və himni yarımçıq saxlamamaq üçün müdaxilə edə bilmədik. Sonra təşkilatçılara öz etirazımı bildirdik. Onlar da bu gün və ya sabah Azərbaycan Güləş Federasiyasına məktub ünvanlayaraq, üzrxahlıqlarını bildirəcəklərini qeyd etdilər. İnanıram ki, bu texniki bir səhv idi. Azərbaycanın çempion olması İran yığması üçün güclü bir zərbə idi. Çünki zal iranlı tamaşaçılarla dolu idi və onlar öz yığmalarının qələbəsini gözləyirdilər".

Qeyd edək ki, Azərbaycan yer aldığı A qrupunda İran güləşçilərini 6:2 hesabı ilə məğlub edib. Final görüşündə isə azərbaycanlı idmançılar Rusiya pəhləvanlarından güclü olub - 4:4 (xal hesabı ilə 18:17).

Tarix
2015.02.21 / 23:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla