Yuxarı

Nazarbayev İlham Əliyevi təbrik etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazarbayev İlham Əliyevi təbrik etdi

Qazaxıstan Respublikasının birinci Prezidenti - Elbaşı Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Axar.az məktubun mətnini təqdim edir:

“Hörmətli İlham Heydər oğlu.

Rəhbəri olduğunuz Yeni Azərbaycan Partiyasının fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən növbədənkənar seçkilərdə qalib gəlməsi ilə əlaqədar Sizi səmimi qəlbdən təbrik edirəm.

Hesab edirəm ki, bu qələbə Sizin konstruktiv xarici və daxili siyasətinizin, həmçinin həyata keçirdiyiniz islahatlara Azərbaycan xalqının dəstəyinin nəticəsidir.

Nur-Otan Partiyasının sədri olaraq Qazaxıstanın və Azərbaycanın aparıcı siyasi qurumları arasında səmimiyyətə və etimada söykənən münasibətləri yüksək qiymətləndirirəm.

Əminəm ki, Qazaxıstan Respublikasının və Azərbaycan Respublikasının xalqları arasında əsl dostluq üzərində qurulan əməkdaşlıq bundan sonra da möhkəmlənəcək.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, bütün təşəbbüslərinizdə uğurlar, qardaş Azərbaycan xalqına sülh və rifah arzulayıram”.

Tarix
2020.02.18 / 14:40
Müəllif
Axar.az
Digər xəbərlər

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla