Yuxarı

Mehriban Əliyeva Kuirinale Sarayında - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehriban Əliyeva Kuirinale Sarayında - Foto

Fevralın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri çərçivəsində birinci xanım Mehriban Əliyeva Romadakı Kuirinale Sarayı ilə tanış olub.

Axar.az xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Kuirinale Sarayının zallarını gəzdi, burada nümayiş olunan eksponatlarla tanış oldu. Mehriban Əliyevaya Kuirinale Sarayının tarixi, burada saxlanılan qiymətli əşyalar, o cümlədən rəsmlər, freskalar, mozaikalar barədə məlumat verildi. Bildirildi ki, Romanın Kuirinale yüksəkliyində yerləşən saray 1573-cü ildə Papa XIII Qriqorinin yay iqamətgahı kimi tikilib. Birinci Umbertonun hakimiyyəti dövründə sarayda müxtəlif şəxslərin, o cümlədən musiqiçilərin, artistlərin, səyyahların qəbulları təşkil olunurdu. İyirmi əsrin birinci yarısında Kral III Viktor Emmanuel bu sarayı iqamətgah kimi seçib.

Beləliklə, əvvəllər Roma Papasının və İtaliya krallarının iqamətgahı olan saray indi prezidentlərin iqamətgahıdır. Sarayın memarları Domeniko Fontana və Karlo Madernadır.

Məlumat verildi ki, əvvəllər Papanın müxtəlif təyinatlar üzrə istifadə etdiyi sarayın prezident otağında indi dövlət başçısının rəsmi görüşləri keçirilir. Saraydakı şəkillər XVII əsrə aiddir. Bu saraydan indiyə qədər 30 Papa, 4 kral və 12 prezident istifadə edib.

Tarix
2020.02.20 / 19:26
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla