Yuxarı

Prezidentin İtaliya səfəri: Bakı üçün yeni imkanlar... - Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfəri iki ölkə arasında münasibətləri yeni tarixi mərhələyə daşımış oldu. Avropa İttifaqına üzv olan ölkələr içində İtaliya aparıcı ölkələrdən biridir. Azərbaycanın bu ölkə ilə xüsusi münasibətləri var və buna görə də təsadüfi deyil ki, Azərbaycan Prezidentinin İtaliya səfəri zamanı İtaliya Prezidenti ilə, İtaliya Nazirlər Şurasının sədri ilə, İtaliya Senatının sədri ilə görüş keçirib.

Bu sözləri Axar.az-a açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, iki ölkə arasında potensial imkanların olması və münasibətlərin inkişafı ilə bağlı heç bir siyasi maneənin olmaması daha mühüm perspektivlər vəd edir:

“İtaliya ilə ölkəmiz arasında qarşılıqlı ticarət dövriyyəsi 6 milyard dollardan çoxdur. Həmçinin, İtaliya prezidenti ilə Azərbaycan prezidentinin son görüşündə də hər iki ölkənin bir-birinin ərazi bütövlüyünə dəstək verdiklərini bəyan etməsi, ümumi bəyannamədə ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə qaldırılması məsələsinin qeyd olunması, bundan sonrakı mərhələdə də İtaliya-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirməklə yanaşı, həm də digər Avropa İttifaqına üzv olan ölkələr üçün yaxşı bir nümunə olacaq”.

H.Babaoğlunun sözlərinə görə, Sumqayıt Sənaye Parkı və İtaliya şirkətləri arasında xüsusi münasibətlərin olması təsadüfi deyil:

“Sumqayıt Sənaye Parkında olan kimya müəssisələrində istehsal olunan məhsullar Azərbaycanın qeyri-neft sektorunda 14 faizlik pay yaradır ki, bu da yenə İtaliya şirkətləri ilə birgə əməkdaşlıq sayəsində mümkün olub. İtaliya-Azərbaycan münasibətlərində iqtisadi blokdan danışan zaman bir məsələni xüsusi vurğulamaq lazımdır ki, qeyri-enerji sahəsində İtaliya ilə Azərbaycan arasında təqribən 1 milyard dollara yaxın maliyyə münasibətləri və eyni zamanda Azərbaycandan kənarda yatırım üzrə təqribən 10 milyard dollar həcmində investisiya münasibətləri var”.

H.Babaoğlu Azərbaycanın Avropada tanınması üçün İtaliyanın mühüm bir ölkə olduğunu bildirib:

“Nəzərə almaq lazımdır ki, İtaliya həm də böyük turizm ölkəsidir. Milan şəhəri Avropanın bir sıra avanqard trendlər üzrə aparıcı şəhərlərindən biridir və 2020-ci il bütövlükdə Azərbaycanın yenidən öz mədəniyyətinin, tarixinin, adət-ənənəsinin Avropaya tanıdılması hadisəsi olacaq.

Bütün bu məsələləri ümumiləşdirsək və bu səfər çərçivəsində imzalanan 20-yə qədər müqaviləyə nəzər salsaq görərik ki, imzalanan müqavilələrdə iqtisadi, siyasi, humanitar, hərbi sahələr üzrə mümkün əməkdaşlıqlar nəzərdə tutulur. 2020-ci ildə Azərbaycan prezidentinin İtaliya səfəri dövlətlər arasında yeni səhifə açmaqla hər iki ölkənin maraqlarını təmin edəcək”.

Tarix
2020.02.22 / 14:25
Müəllif
Mahir Ələkbərov
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla