Yuxarı

Putin Ərdoğana “sürpriz” edə bilər - Türk ekspertdən sensasiya

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin Ərdoğana “sürpriz” edə bilər - Türk ekspertdən sensasiya

Bəşər Əsəd son bir aydır İdlibdə yaşanan hadisələrdən birbaşa olaraq məsul olmadığını artıq etiraf etmək istəyir.

Bu sözləri Axar.az-a açıqlamasında türkiyəli siyasi şərhçi Həsən Oqtay Suriya Prezidenti Bəşər Əsədin Türkiyəyə yönəlik açıqlamalarını şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, Suriya lideri məcbur qaldığı üçün Türkiyə ilə birbaşa ünsiyyətə girmək istəyir:

“Türkiyə rejim gücləri adı altında edilən hücumları bütünlüklə Əsəd qüvvlərinin hücumu olaraq gördüyü üçün İdlibdə gərgin günlər yaşanır. Əsəd artıq bu gərginliyi və yükü tək daşıya bilmir.

Türkiyə tərəfi Moskvaya əli güclü gedir və bu strateji öncüllük əldə olunacaq nəticəyə təsir göstərəcək”.

Analitikin fikrincə, Əsəd anlayır ki, Türkiyə ilə qarşıdurmaları aradan qaldırmasa, iqtidarda qalmaq şansı yoxdur:

“Bununla yanaşı, Əsədin bu addımı Rusiya liderinin təlimatı ilə etdiyi də istisna deyil. Əsəd bu açıqlama ilə əlindəki kartlardan rahat istifadə üçün Putinə şərait yaratdı. Ərdoğan da, Putin də radikal qərarlar verməyi sevən liderlərdir. Problemin aydın bir şəkildə başa düşülməsi, türk əsgərlərinə hücumun kimin sifarişi ilə edildiyini müəyyən etmək baxımından Əsədin bu gün Kremldə baş tutacaq Türkiyə və Rusiya liderlərinin görüşünə qatılması da sürpriz olmaz”.

Qeyd edək ki, Suriya Prezidenti Bəşər Əsəd “Rusiya 24” kanalına müsahibəsində “Suriya Türkiyəyə qarşı hansı düşmənçilik hərəkətini edib? Suriyalılarla türklər arasında nikahlar, ümumi həyati maraqlar var. Buna görə də aramızda olan ciddi fikir ayrılıqları məntiqsizdir” deyib.

Suriyanın İnformasiya Nazirliyinin məsləhətçisi Bəssam əbu Abdullah isə Türkiyə ilə danışıqlara hazır olduqlarını açıqlayıb.

Tarix
2020.03.05 / 15:00
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

Fransanın bu etirazları zorakılıqla yatırmasından 2 il ötür

Bakı neftinin Yaponiyaya ixracı əlavə imkanlar aça bilər

Peter Pelleqrini Azərbaycana bu tarixdə gələcək

300 min azərbaycanlı Ermənistana qayıdır: Harada yaşayacaqlar?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla