Yuxarı

Gürcüstan 170 Azərbaycan vətəndaşını təxliyə etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstan 170 Azərbaycan vətəndaşını təxliyə etdi

Azərbaycanın Gürcüstandakı səfirliyi vətənə qayıtmaq istəyən 170 vətəndaşın təxliyəsini təmin edib.

Axar.az xəbər verir ki, bu barədə Report-a səfirlikdən məlumat verilib.

Martın 13 və 15-də Avropadan Türkiyə və Gürcüstan ərazisindən keçərək Azərbaycana qayıtmaq istəyən 50 vətəndaşın təxliyəsi həyata keçirilib.

Səfirliyin həm Gürcüstanın Xarici İşlər Nazirliyi, həm də Türkiyənin Gürcüstandakı səfirliyi və Baş Konsulluğu ilə apardığı danışıqlar nəticəsində Türkiyənin müxtəlif şəhərlərindən gələn 120 Azərbaycan vətəndaşı da ölkəyə yola salınıb. Vətəndaşlar Gürcüstan hökumətinin ayırdığı avtobuslar və polis patrul maşınlarının müşayiəti ilə Azərbaycan-Gürcüstan sərhədindəki “Sınıq Körpü” sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycan ərazisinə çatdırılıb.

Təxliyə olunan Azərbaycan vətəndaşları “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nə (TƏBİB) təhvil verilib.

Qeyd dək ki, Azərbaycan vətəndaşlarının sorğularının operativ cavablandırılması məqsədilə ölkənin Gürcüstandakı səfirliyində +994 50 250 07 10 saylı “qaynar xətt” və xüsusi komissiya yaradılıb.

Tarix
2020.03.16 / 18:39
Müəllif
Axar.az
Digər xəbərlər

Şövkət Mirziyayev Mikayıl Cabbarovu qəbul etdi

Mustafayevlə Overçuk sentyabrda görüşəcək

Vətən müharibəsi yeni reallıqlar yaradıb - Bayramov

Azərbaycan və Rusiya arasında sənəd imzalandı

Rusiya ilə birbaşa uçuşların bərpası planlaşdırılır

Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoydu

AZAL qəzası ilə bağlı bütün məsələlər... - Lavrov

Bayramov Moskvada "Naməlum əsgər"i ziyarət etdi

Bayramovla Lavrovun görüşü başladı

Bakıda bu küçələr xoşuma gəlir - Pelleqrini

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla