Yuxarı

Prezidentə yazırlar: Dünyaya bir daha sübut edəcəyik

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, eyni zamanda, rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlara görə Azərbaycan Prezidenti İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir.

Axar.az Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.

Laçın rayonunda məcburi köçkün Məhərrəm Dünyamalıyev yazır:

“Əziz Prezidentimiz.

Dünyanı bürüyən koronavirus epidemiyası Azərbaycana da təsirsiz ötüşməyib. Tibbin ən inkişaf etdiyi ölkələrin belə bu xəstəliklə mübarizədə aciz qaldığı bir vaxtda Sizin müdrik və uzaqgörən siyasətiniz nəticəsində Azərbaycanda pandemiyanın təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atılıb. Dövlətimiz bütün imkanlarını virusun yayılmasının qarşısının alınmasına və fəsadlarının aradan qaldırılmasına səfərbər edib. Bütün bunlar sübut edir ki, yürütdüyünüz siyasətin təməlində Azərbaycan vətəndaşı, onun sağlamlığı və rifahı dayanır.

Cənab Prezident, bir vətəndaş kimi əminəm ki, xalqımız bu bəladan tezliklə və az itkilərlə xilas olacaqdır. Siz bu çətin günlərdə xalqımıza böyük dayaqsınız. Biz sadə vətəndaşlar isə daim Sizinləyik. Hər birimizin sağlamlığı naminə gördüyünüz işlərə görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Möhtərəm Prezident, ölkəmiz üçün taleyüklü məsələlərin həlli ilə yanaşı, bizə - məcburi köçkünlərə qayğınızı davam etdirməyiniz, Ağcabədi rayonunun Taxtakörpü ərazisində laçınlı məcburi köçkünlər üçün inşa olunaraq istifadəyə verilmiş 645 ailəlik üç müasir tipli qəsəbədə bizə evlərin təqdim edilməsi mənzil-məişət şəraitimizi yaxşılaşdırmaqla bizi ürəkdən sevindirir. Bizə göstərdiyiniz bu davamlı qayğıya görə Sizə və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanıma dərin minnətdarlığımı bildirirəm.

Biz - məcburi köçkünlər həmişə olduğu kimi, bu çətin günlərdə də kimin kim olduğunu yaxşı görür, müxalifətin pozucu əməllərini və qarayaxmalarını qətiyyətlə pisləyirik. Varlığımız qədər əminəm ki, Sizin rəhbərliyinizlə xalqımız hələ çox uğurlara imza atacaqdır. Sizə bu şərəfli fəaliyyətinizdə cansağlığı və nailiyyətlər arzulayıram”.

Goranboy rayonu, Tatarlı kəndindən Ocaqverdiyeva Gülzar Kərim qızı yazır:

“Hörmətli cənab Prezident.

Dünyanı cənginə alan bəladan Azərbaycanımızı qoruduğunuza, hər bir vətəndaşın probleminə həssas yanaşdığınıza, aztəminatlı və imtiyazlı ailələrə diqqət və qayğınıza görə Sizə dərin minnətdarlığımı bildirməyi özümə borc hesab edirəm.

Mən milli qəhrəman anası olaraq Sizin ölkəmizin tərəqqisi naminə nümayiş etdirdiyiniz fədakarlığınıza heyranam. Xalqımız Sizə və Sizinlə birlikdə ölkəmizin taleyini çiyinləri üzərin götürmüş Mehriban xanıma həmişə minnətdar olacaqdır. Nə yaxşı ki, Siz varsınız. Uca tanrı Sizi qorusun”.

İsmayıllı Rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov yazır:

“Möhtərəm cənab Prezident.

Biz – İsmayıllı ağsaqqalları dünyanı bürüyən koronavirusa yoluxmamaq üçün evdə qalmaq tələbinizi mütləq şəkildə yerinə yetiririk. Sizin milli köklər üzərində bərqərar olan rəhbərliyiniz sayəsində dövlət bizim hər qayğımızı çəkir. Həyat fəaliyyətinin bütün istiqamətlərində olduğu kimi, pandemiyaya qarşı mübarizədə də Azərbaycanı çox ölkələrdən fərqləndirən Sizin müdrik rəhbərliyiniz, xalqımıza tükənməz sevginiz, ölkəmizin taleyi üçün hamıdan çox məsuliyyət daşımağınızdır. Ölkə iqtisadiyyatının bu acınacaqlı vəziyyətdən minimum itki ilə çıxması üçün Siz ən səmərəli tədbirlər həyata keçirməklə yanaşı, həm də mövcud resursları insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldirsiniz.

Fəxr edir, qürur duyur və bu çətin anlarda sevinirik ki, rəhbəri olduğunuz, əbədi müstəqilliyə çatmış Azərbaycanın vətəndaşlarıyıq. Pənah Allaha, ümid dövlətimizə və Prezidentimizədir.

Hörmətli cənab Prezident, evdə qalmışıq, lakin ictimai fəallıqdan qalmamışıq. Yaxşı görürük ki, Sizin sərəncam, göstəriş və tövsiyələriniz İsmayıllı rayonunda da geniş miqyasda həyata keçirilir. Ehtiyacı olan hər bir ailə Sizin diqqət və qayğınızın ünvanıdır.

Bütün bunlara görə Sizə minnətdarıq. Tanrı Sizi, xalqımızı və Azərbaycanımızı qorusun”.

Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov yazır:

“Möhtərəm cənab Prezident.

Xalqımızın bütün dünyanı bürümüş koronavirus infeksiyasından qorunması məqsədilə qəbul etdiyiniz qərarlar və həyata keçirdiyiniz məqsədyönlü tədbirlər ölkəmizin hər yerində olduğu kimi, Pirallahı rayonunda da sakinlər tərəfindən, o cümlədən yaşlı nəslin nümayəndələri tərəfindən minnətdarlıq hissi ilə qarşılanır. Sizin bununla əlaqədar xalqa müraciətinizdə etdiyiniz "Biz birlikdə güclüyük!" çağırışınız bütün kateqoriyadan olan insanları bir araya gətirdi. Vətənini, millətini sevən hər bir azərbaycanlı Sizi örnək götürərək, bu çətin məqamda maddi və mənəvi dəstəyə ehtiyacı olan ailələrə yardım edir. Yaşı 65-dən yuxarı tənha insanlara sosial xidmətlərin göstərilməsi ilə bağlı müvafiq tapşırıqlarınız bizim heç də tənha olmadığımızı, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunduğumuzu nümayiş etdirdi.

Bu qayğıya görə Sizə minnətdarlığımızı bildiririk. Ulu Tanrıdan Sizə və ailənizə möhkəm cansağlığı, Azərbaycanımızın xoşbəxt gələcəyi və inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayırıq”.

Bakı şəhəri, Qaradağ rayonu Xəyalə Qurbanova yazır:

“Möhtərəm cənab Prezident

Mən bir Azərbaycan vətəndaşı və gənc nəslin nümayəndəsi kimi bu məktubu Sizə böyük qürur hissi ilə yazıram. Sizin fəaliyyətinizi bütün Azərbaycan xalqı yüksək qiymətləndirir.

Hələ koronavirus infeksiyasının dünyanı bürümədiyi vaxtdan ölkəmizdə Sizin tərəfinizdən çox ciddi, davamlı və təsirli tədbirlər həyata keçirildi. Azərbaycan dövlətinin atdığı addımlar dünyanın bir çox inkişaf etmiş ölkələri üçün nümunə oldu. Ölkəmizdə koronavirus pandemiyasına qarşı səmərəli tədbirlər görülərək qısa müddət ərzində maska istehsal edən müəssisə yaradıldı, "Yeni klinika" tibb müəssisəsi istifadəyə verildi, karantinə alınan insanlar ölkəmizin ən rahat və müasir otellərində yerləşdirildi.

Azərbaycan xalqı Sizin bütün qərarlarınızla həmrəydir. Hamımız inanırıq ki, bu qərarlar bizi bu bəladan minimum zərərlə qurtaracaq. Sizə təşəkkür edirik, cənab Prezident!”

Bakı şəhəri, Suraxanı rayonu Abdulla Hüseynov yazır:

“Hörmətli cənab Prezident.

Sizin COVID-19 pandemiyasının makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncamınız ölkəmizdəki bütün iş adamlarının və sahibkarların rəğbətinə səbəb olub.

Koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara göstərilən dövlət dəstəyinə görə "MİLAN-A" MMC-nin kollektivi adından Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk”.

Bakı şəhəri, Nərimanov rayonundan Səttarova Fatma Hüseyn qızı, Sarıyev Qara Əli oğlu, Timçenko İvan İvanoviç, Məlikov Bağır İbrahim oğlu, Abdullayev Səfər İbad oğlu, Cəfərov Müseyib Hacırəhim oğlu, Cümşüdov Əlikişi Mirzəməhəmməd oğlu, Həsənov Tamleyxa Abbas oğlu yazır:

“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Bakı şəhəri Nərimanov rayonu ərazisində yaşayan müharibə, əmək və silahlı qüvvələr veteranları Sizin həyata keçirdiyiniz uğurlu siyasəti dəstəkləyir və ölkəmizdə yaradılan əmin-amanlığa, nail olduğumuz sabitliyə görə Sizə dərin minnətdarlıqlarını bildirirlər.

Bu gün aktuallığı ilə dünyada diqqət mərkəzində olan koronavirus pandemiyasına qarşı ölkəmizdə Sizin tapşırığınızla aparılan işlər, virusun yayılmaması üçün görülən qabaqlayıcı tədbirlər bütün xalqımız, eyni zamanda, beynəlxalq təşkilatlar tərəfindən müsbət qarşılanır. Siz və Mehriban xanım hər zaman Azərbaycan xalqının sağlamlığını və təhlükəsizliyini düşünürsünüz. Sizin bu mövzuda xalqımıza etdiyiniz müraciətlər bizdə yüksək əhval-ruhiyyə yaradır, hamımıza böyük mənəvi stimul verir. Bu gərgin və məsuliyyətli günlərdə etdiyiniz "Biz birlikdə güclüyük!" çağırışını biz veteranlar yekdilliklə dəstəkləyirik.

Möhtərəm Prezident, cənab Ali Baş Komandan, rayon ərazisində yaşayan yaşlı nəslin nümayəndələrinə, müharibə, əmək və silahlı qüvvələr veteranlarına, imkansız ailələrə Sizin göstərişləriniz və diqqətiniz sayəsində ərzaq yardımları verilmişdir. Biz veteranlara göstərilən diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildirir, müstəqil Azərbaycanımızın daha da inkişafı naminə gələcək işlərinizdə yeni nailiyyətlər arzulayırıq.

Bakı şəhərinin Nərimanov rayonunun ərazisində yaşayan müharibə, əmək və silahlı qüvvələr veteranları adından dərin hörmətlə”.

Salyan rayonu, Kürqaraqaşlı kəndindən Abbasova Turanə Əşrəf qızı, Vəliyev Mirzağa Şahin oğlu, Həsənova Füruzə Əflatun qızı və başqaları yazır:

“Hörmətli cənab Prezident.

Sizin tərəfinizdən koronovirus pandemiyası ilə bağlı görülən bütün tədbirlər, xüsusən bu günlərdə daha çox zəhmət çəkən, fəaliyyət göstərən tibb işçilərinin maaşlarının artırılması bir daha dövlətin hər bir vətəndaşın əməyini vaxtında qiymətləndirməsinin bariz nümunəsidir.

Bu bəla bir çox ölkələrdə böyük problemlərə səbəb oldu. Amma Sizin qabaqlayıcı tədbirləri həyata keçirməniz və bu işlərə şəxsən nəzarət etməniz Azərbaycan xalqının heç bir sahədə çətinlik çəkməsinə imkan vermədi.

Çəkdiyiniz bütün zəhmətlərə görə Sizə təşəkkür edirik. Hər zaman çətin məqamlarda ölkə vətəndaşlarının yanında olduğunuzu bir daha sübut etdiniz.

Cənab Prezident, əminik ki, xalqımız Sizinlə bu çətinliklərin öhdəsindən gələcək, hazırkı narahat günlərimiz tezliklə tarixin yaddaşına köçəcək və doğma ölkəmizdə həyat yenidən rəhbərliyiniz altında öz axarına düşəcəkdir”.

Astara rayonu, Təngərud kəndindən Fərasət Davudov yazır:

“Möhtərəm cənab Prezident.

Bu çətin günlərdə qəbul etdiyiniz düzgün qərarlara görə Sizə “Çox sağ olun!” deyir, Sizinlə fəxr etdiyimi bildirəm. Sərhədlərin vaxtında bağlanması, ölkəyə girişin məhdudlaşdırılması itkilərimizi minimuma endirdi.

Sahibkarlara dəyən ziyana görə kompensasiyaların verilməsi özəl sektora böyük dəstək oldu. Bu barədə qərarlarınızı alqışlayırıq. İşi olmayan şəxslərə göstərilən maddi dəstək, aztəminatlı ailələrə verilən ərzaq yardımları isə heç kəsin diqqətdən kənarda qalmadığını göstərir.

Xalqımız üçün gördüyünüz işlərə görə çox sağ olun. Allah Sizdən razı olsun”.

Mingəçevir şəhərindən Nəriman İsmayılov yazır:

“Hörmətli cənab Prezident.

Ölkə vətəndaşlarının sağlamlığını düşünərək koronavirusla mübarizə sahəsində atdığınız addımları, gördüyünüz tədbirləri izlədikcə Sizə olan rəğbətimiz və sevgimiz daha da artır. Koronavirusa qarşı qabaqlayıcı tədbirlər görən ölkələrdən biri də Azərbaycandır. İşinizin çox olmasına baxmayaraq, hadisələrin axarını uzaqgörənliklə, dəqiq və düzgün təhlil edərək vaxtında verdiyiniz qərarlar, Sizin təşəbbüsünüz və rəhbərliyinizlə operativ olaraq həyata keçirilən qabaqlayıcı tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunub saxlanılması üçün misilsiz əhəmiyyətə malikdir.

Sizin çağırışınıza böyük məsuliyyətlə yanaşaraq ölkə vətəndaşları virus təhlükəsinə qarşı həmrəylik nümayiş etdirirlər.

Cənab Prezident, inanırıq ki, görülən işlərin və Azərbaycan xalqının Sizin ətrafınızda sıx birləşməsi hesabına bu pandemiyanın ölkəmizdə geniş yayılmasının qarşısı alınacaq və biz bu bəladan mümkün qədər az itkilərlə qurtula biləcəyik.

Gələcək taleyimizi Sizə etibar edərək, bu yolda hamını birliyə və həmrəyliyə çağırırıq. Tarixin min bir ağrı-acısına tab gətirən Azərbaycan xalqının koronavirusla mübarizədən də alnıaçıq və minimum itki ilə çıxacağına əminik. Biz birlikdə güclüyük!”

Lerik rayonundan Möhlət İbayev yazır:

“Hörmətli cənab Prezident.

Bütün dünyada olduğu kimi, ölkəmizdə də yayılan COVID-19 pandemiyasına qarşı apardığınız qətiyyətli mübarizəni alqışlayırıq. Bu virusla mübarizə bir daha göstərir ki, Sizin siyasətinizin əsasında Azərbaycan xalqı və onun rifahı dayanır. Xalqımızın sağlamlığı Sizin üçün hər şeydən üstüdür.

Ölkəmizdə virusa qarşı aparılan qətiyyətli mübarizəyə görə şəxsən öz adımdan və Lerik əhalisi adından Sizə dərin minnətdarlığımı bildirirəm. Biz hər zaman Sizinlə fəxr edirik. Biz birlikdə güclüyük! Tanrı Sizi qorusun”.

Qəbələ rayonu, Mıxlıqovaq kəndindən Aqil Əzizov yazır:

“Əziz Prezidentimiz.

Mən bir gənc olaraq dünyada və Azərbaycanda gedən prosesləri izləyirəm. Bir vətəndaş kimi bütün bu prosesləri təhlil edir, xalqımıza göstərilən əvəzsiz xidmətlərinizi yüksək qiymətləndirirəm.

Hər bir yaxşı və çətin gündə Siz xalqımızın, gənclərin və ahılların yanında olmusunuz. Dünyanı bürümüş COVID-19 pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə verdiyiniz göstərişlər, görülən tədbirlər xalqımız tərəfindən alqışlanır. Bunlara görə Sizə nə qədər təşəkkür etsək, yenə də azdır.

Siz və Mehriban xanım Əliyeva xalqımızın arxasında olduğunuz kimi, biz də Sizi dəstəkləyir və Sizə güvənirik.

Ailəmiz adından Sizə minnətdaram. Yaxşı ki, varsınız, yaxşı ki, bizim Prezidentimizsiniz”.

Astara rayonu, Ərçivan qəsəbəsindən Quliyev İqbal Xeyrulla oğlu, Kərimov Məmməd Mirzəhəsən oğlu, Vəliyev Anar Məmməd oğlu, Baxşiyev Allahverdi Ağa oğlu və başqaları yazır:

“Hörmətli cənab Prezident.

Bu günlərdə planetin bir çox inkişaf etmiş ölkələrində koronavirus pandemiyası səbəbindən çoxsaylı insan ölümünü və dünya iqtisadiyyatının böyük zərərlə üzləşdiyini görürük. Lakin respublikamızda Sizin müdrik rəhbərliyiniz, verdiyiniz sərəncamlar, vaxtında və ardıcıl görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində koronavirus bəlasının kütləvi yayılmasının qarşısı alınıb. Karantin müddətində vətəndaşlarımıza hər cür şərait yaradılaraq yüksək xidmət göstərilir, aztəminatlı ailələrə və işsizlərə yardımlar verilir, yaşı 65-dən yuxarı insanlara böyük diqqət və qayğı göstərilir.

Həyata keçirdiyiniz bütün bu işlərə görə Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk”.

Xızı rayonu, Giləzi qəsəbəsindən İman Ağayev yazır:

“Hörmətli cənab Prezident.

Ölkəmizdə COVID-19 pandemiyası ilə bağlı apardığınız uğurlu siyasətə və xalqımızı bu xəstəlikdən necə qoruduğunuza baxıb bu sözləri yazmaya bilməzdim. Siz həqiqətən də əsil Lider, xalqını düşünən Prezident və biz gənclərin sevimlisisiniz. Xüsusən yaşlı insanlara, ehtiyacı olan şəxslərə göstərilən qayğı və diqqət məhz Sizin gördüyünüz işlərin əyani təsdiqidir.

Vətəndaşlara göstərdiyiniz diqqət və qayğıya görə şəxsən öz adımdan və rayonumuzun sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk. Eyni zamanda, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da qayğısını və dəstəyini hiss edirik.

Möhtərəm cənab Prezident, biz gənclər Sizləri sevir və Sizlərlə qürur duyuruq. Fəxr edirik ki, Sizin kimi Prezidentimiz var. Əminəm ki, Sizin rəhbərliyinizlə bu sınaqdan da üzüağ çıxacaq, gələcəyə daha inamlı addımlarla birlikdə irəliləyəcəyik.

Ağcabədi rayonu, Hacıbədəlli kəndindən Jalə Qurbanlı yazır:

“Ağcabədi, Azərbaycan

Cənab Prezident.

Xalqa göstərdiyiniz böyük qayğıya görə Sizə təşəkkür edirəm. İşsiz kimi qeydiyyata alındığım üçün mənə 190 manat birdəfəlik ödəmə verildi. Buna görə bir daha Sizə minnətdarlığımı bildirirəm.

Xalqımız, dövlətimiz, gələcək nəsillərin xoşbəxtliyi naminə fəaliyyətinizdə Sizə və ailənizə cansağlığı və uzun ömür arzulayıram.

Allahdan bu bəlanın tezliklə Azərbaycanımızın və bütün dünyanın başı üzərindən çəkilməsini diləyirik”.

Naftalan şəhərindən Ələsov Yaqub Ələsgər oğlu, Verdiyev Elim Muxtar oğlu, Bayramov Dilqəm Abuzər oğlu və başqaları yazır:

“Dünyanı bürüyən koronavirus bəlasından xalqımızın xilas olması üçün göstərdiyiniz səylər, verdiyiniz tapşırıqlar, vətəndaşlara infeksiyadan qorunmaqla bağlı etdiyiniz müraciətlər bizi çox sevindirir. Sizinlə qürur duyuruq. Koronavirusdan əziyyət çəkən ölkələrin əksəriyyətindən fərqli olaraq Azərbaycanda iqtisadi böhranın yaşanmaması, hətta yeni sosial layihələrin icrası bir daha respublikamızın iqtisadi və maliyyə dayanıqlılığının sübutudur.

Ölkəmizin hər yerində epidemiya ilə mübarizə yüksək səviyyədə təşkil edilir. Əhali hər gün bu istiqamətdə operativ olaraq məlumatlandırılır. Bizim şəhərimizdə də küçələr, çoxmənzilli yaşayış binalarının ümumi istifadə yerləri, ticarət obyektləri mütəmadi olaraq dezinfeksiya edilir. Bununla yanaşı, aztəminatlı ailələrə, tənha yaşayanlara tez-tez baş çəkilir, ehtiyacı olanlara ərzaq yardımı edilir.

Möhtərəm Prezident, bütün bu işlərə görə Sizə təşəkkür edirik. Hər zaman olduğu kimi, bu çətin günlərdə də ətrafınızda sıx birləşərək, bütün işlərinizdə Sizə yaxından kömək etməyə hazırıq”.

Mingəçevir şəhərindən İsmayıl İsmayılbəyli və Aidə İsmayılova yazır:

“Hörmətli cənab Prezident.

Ölkə vətəndaşlarının sağlamlığını düşünərək əsil Lider kimi koronavirusla mübarizə sahəsində atdığınız addımları, gördüyünüz tədbirləri izlədikcə Sizə olan rəğbətimiz və sevgimiz daha da artır. Koronavirusa qarşı qabaqlayıcı tədbirlər görən ilk ölkələrdən biri də Azərbaycandır. Sıx iş qrafikinizə baxmayaraq, hadisələrin gedişini izləyib dəqiq və düzgün təhlil edərək zamanında qəbul etdiyiniz qərarlar, Sizin təşəbbüsünüz və rəhbərliyiniz ilə reallaşdırılan təxirəsalınmaz tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunub saxlanılması üçün böyük əhəmiyyət daşıyır.

Cənab Prezident, əminik ki, görülən işlərin və xalqımızın Sizinlə həmrəylik nümayiş etdirməsi sayəsində bu xəstəliyin ölkəmizdə geniş yayılmasının qarşısı alınacaq və biz bu bəladan minimum itkilərlə qurtulacağıq. Bu yolda bütün vətəndaşlarımızı birliyə və həmrəyliyə çağırırıq. Görülən bütün işlərə görə Sizə minnətdarıq”.

Gəncə şəhərindən İbrahim Cəfərov yazır:

“Möhtərəm cənab Prezident.

Dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Sizin rəhbərliyiniz və şəxsi nəzarətiniz ilə həyata keçirilən ən səmərəli tədbirlər sosial-iqtisadi həyatın bütün sahələrini, vətəndaşlarımızın, xüsusilə aztəminatlı ailələrin, tələbələrin sosial müdafiəsini əhatə etməklə bütövlükdə iqtisadiyyatımızın dayanıqlılığının təmin edilməsinə, pandemiyanın təsirlərinin ən minimum səviyyəyə endirilməsinə yönəlib.

"Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" 2020-ci il 19 mart tarixli Sərəncamınızdan irəli gələn vəzifələrin həlli məqsədilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi ilə bağlı verilmiş qərar Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəllim və tələbə heyəti tərəfindən çox yüksək qiymətləndirilir.

Cənab Prezident, əminik ki, Sizin müdrik və uzaqgörən siyasətiniz, xalq-iqtidar birliyi sayəsində bu tarixi sınaqdan da uğurla çıxaraq dövlətimizin qüdrətini dünyaya bir daha sübut edəcəyik. Ulu Tanrı Sizi, ailənizi və xalqımızı qorusun.

Azərbaycan Dövlət Aqrar Universitetinin kollektivi adından dərin hörmətlə”.

Şəki Şəhər Təhsil Şöbəsinin müdiri İsmayılova Südabər Şöyüb qızı yazır:

“Çox hörmətli cənab Prezident.

Dünyanı çulğalamış yeni növ koronavirus pandemiyası ilə əlaqədar bütün bəşəriyyət böyük narahatlıq içərisindədir. Bütün dövlətlər bu təhlükəli xəstəlikdən daha az itki ilə çıxmaq üçün öz qüvvələrini səfərbər ediblər. Lakin çox az sayda dövlət bu virusun yayıldığı ilk gündən başlayaraq məsələyə çevik reaksiya verdi. Bu ölkələrdən biri də Azərbaycandır. Sizin də bu məsələyə çevik reaksiya göstərərək ciddi tədbirlər görməyiniz, vaxtında verilən qərar və tapşırıqlarınız çox vacib və əhəmiyyətli addımlar oldu.

Müstəqil Azərbaycanımızın gələcəyinə belə həssas mövqeyiniz sayəsində ölkəmizdə pandemiyanın geniş yayılmasınıın qarşısını almaq üçün vaxtında həyata keçirilən qabaqlayıcı tədbirlər artıq öz müsbət təsirini göstərməkdədir. Sizin vaxtilə söylədiyiniz "Mən hər bir Azərbaycan vətəndaşının prezidentiyəm" sözləriniz bu ağır və narahat günlərdə bir daha öz təsdiqini tapdı. Uşaqdan tutmuş böyüyə qədər hamı bir daha əmin oldu ki, bəli, onların güclü dövləti və nüfuzlu, xalqın dar günündə onun arxasında inamla dayanan Prezidenti vardır.

Bütün bunlara görə qədim Şəkinin təhsil işçiləri adından Sizə dərin minnətdarlığımızı bildiririk. Allah Sizi və Azərbaycanımzı qorusun. Çox sağ olun”.

Tarix
2020.04.20 / 10:38
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ səfirliyinin bu bəyanatı... - İcma

XİN-dən ABŞ səfirliyinə cavab

Liderlər İlham Əliyevi təbrik edir

Türkiyə ordusu bu ölkədə əməliyyata başlayacaq

Azərbaycan bizim üçün böyük əhəmiyyət daşıyır - Orban

Bayramov Serbiya parlamentinin sədri ilə görüşdü

Tiflisdəki aksiyaları bu fond təşkil edir - Tsilosani

Nazarbayev İlham Əliyevə məktub göndərdi

Prezidentdən bu faydalı qazıntı yataqları ilə bağlı qərar

Sahibə Qafarova Zaur Askenderovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla