Yuxarı

Kuznetsov İrəvanın saxta tarixini darmadağın etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kuznetsov İrəvanın saxta tarixini darmadağın etdi

Sevindirici haldır ki, son zamanlar hətta ermənilər arasında onların öz tarixinin saxtalaşdırılma faktlarını açıq şəkildə dilə gətirən sağlam düşüncəli insanlara daha tez-tez rast gəlmək olur. Erməni xalqının tarixinin saxtalaşdırılma prossesi Sovet İttifaqının birbaşa sifarişi ilə Ermənistan SSR Tarix və Ermənişünaslıq İnstitutunun əməkdaşları tərəfindən 1960-cı illərdə başlanılıb.

Bu sözləri Axar.az-a tanınmış rusiyalı tarixçi, qafqazşünas, professor Oleq Kuznetsov sosial şəbəkələrdə yayılan Agnessa adlı erməni memarının İrəvan şəhərinin heç vaxt ermənilərə məxsus olmadığını dilə gətirdiyi videonu şərh edərkən deyib. Kuznetsovun sözlərinə görə, məhz 1960-cı illərdə falsifikasiyaların nəticəsi kimi "Osmanlı imperiyasında erməni soyqırımı" mifi ortaya çıxır, həmin vaxt tarixşünaslıq elminə "Qərbi Ermənistan" termini gəlir, elə o zaman da çar gümüş rublları “Tiqranilər dövləti"nin sikkələrinə “dönməyə” başlayır:

“Dürüst erməni tarixçisi Filipp Vartanoviç Ekozyansın adı çoxlarına Osmanlı və Rusiya imperiyalarında ermənilərin real tarixini geniş auditoriyaya çatdıran bir şəxs kimi məlumdur. Düz bir ay bundan əvvəl mən Rusiya ermənisi olan və öz xalqının tarixinin saxtalaşdırılmasından danışan Andranik Soqomonyan haqqında da yazmışdım. İndi isə qorxmadan, üzünü gizlətmədən erməni memarı Agnessa İrəvanın tarixən heç vaxt erməni şəhəri olmamasını bildirir. Burda qeyd etmək lazımdır ki, ermənilər İrəvan şəhərində yaşayırdılar, bu faktı heç kim inkar etmir, lakin müsəlman əhalisi ilə müqayisədə onların faizi çox cüzi olub. Onlar İrəvanın həqiqi sakinlətinə qulluq edənlər olub. Təbii ki, onlar şəhərin simasını müəyyən edə bilməzdilər. Mən bir neçə il bundan əvvəl Osmanlı dəftərlərini- 1730-cu illərdə İrəvan əhalisinin uçot və vergi siyahılarını araşdırdım və gördüm ki, xristian konfessiyalarının nümayəndələri - aysorlar, albanlar, ermənilər, gürcülər İrəvan şəhər əhalisinin sadəcə 10 faizə qədərini təşkil ediblər. Buna görə də məndən İrəvanı arxeoloji baxımdan xarakterizə etmək xahiş olunanda həmişə deyirəm ki, o, ənənəvi xristian mədəni izləri olan qədim Azərbaycan şəhəridir”, - deyə rusiyalı tarixçi bildirib.

Tarix
2020.05.31 / 14:06
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

Fransa Azərbaycana təşəkkür etdi

Əgər Xəzər çətin vəziyyətdədirsə... - Leyla Əliyeva

İranda dəqiq zərbələr: növbə məscidlərindir?

Əli Əsədov Mişustinlə danışdı

Aralıq və Egeydə 22 milyon ton neftayırma potensialımız olacaq

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

“Qızıl Azərbaycan”a zərbə: bu görüntü təəccüb doğurdu - Video

İsrail 160 şagirdi niyə öldürdü? - Xəritə

Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı

Qərbi Azərbaycanın 2 şəhərində 5 hədəfə zərbə endirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla