Yuxarı

Tovuz təxribatı: Rusiya niyə ehtiyatlı davranır?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tovuz təxribatı: Rusiya niyə ehtiyatlı davranır?

Rusiyanın Ermənistana görə Türkiyə ilə konfliktə girəcəyini düşünmürəm. Onu da qeyd edim ki, rəsmi Moskvanın Ermənistan iqtidarına münasibəti birmənalı deyil.

Bu sözləri Axar.az-a açıqlamasında siyasi ekspert Vüqar Zifəroğlu son günlər Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən hadisələr fonunda Türkiyə-Rusiya münasibətlərini şərh edərkən deyib. O bildirib ki, Türkiyə birmənalı olaraq Azərbaycanın yanındadır:

“Hazırkı vəziyyətdə biz bir çox ölkənin təmas xəttində baş verən hadisələrə münasibətini görürük. İstər rəsmi bəyanatlar, istərsə də birbaşa sözlü ifadələr fonunda dost da, düşmən də bəllidir. Türkiyə hər zaman Azərbaycanın yanında olub. Düşmən isə bundan çox narahatdır. Rəsmi Ankaranın birmənalı olaraq dəstək nümayiş etdirməsi bizi çox sevindirir. Onu da qeyd edim ki, erməni tərəfi Türkiyənin məsələyə maraq göstərməsindən, o cümlədən Ermənistan-Türkiyə sərhədində pilotsuz uçuş aparatlarının uçmasından böyük narahatlıq keçirib. Hətta bununla bağlı Rusiyaya şikayət belə edib”.

Ekspertin sözlərinə görə, Rusiya Türkiyə faktoruna görə regionda daha təmkinli davranır:

“Məsələ ondadır ki, Ermənistan bilərəkdən münaqişəyə kənar qüvvələri cəlb etmək istəyir. Xüsusilə də Rusiyanı. Onu da yaxşı bilir ki, məsələyə Türkiyə də səssiz qalmayacaq. Bu mənada Rusiya konfliktə ehtiyatlı yanaşır. Düşünmürəm ki, münaqişəyə Türkiyə və Rusiya müdaxilə etsin. Heç kəs Ermənistana görə belə bir riskə getmək istəmir”.

Tarix
2020.07.16 / 17:35
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı mühüm detal

Bayramov Trampın təşkil etdiyi qəbulda iştirak etdi

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla