Yuxarı

Bəzi ölkələr dağılacaq, Azərbaycan isə... - Politoloq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bəzi ölkələr dağılacaq, Azərbaycan isə... - Politoloq

Hazırda yeni dünya nizamı formalaşır. Bir çox ölkələrin sərhədləri dəyişiləcək. Yaxın 10-15 il müddətində bəzi ölkələr dağılacaq.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Eldar Namazov “Yeni Müsavat”ın canlı efirində deyib.

O bildirib ki, Türkiyə Rusiyanı Dağlıq Qarabağ münaqişəsinin həllində balanslaşdıra bilər:

“Türkiyə birmənalı olaraq Azərbaycana dəstəyini ifadə edir. Bu isə ehtimal olunan müharibədə bir yox, bir neçə dövlətin iştirakı deməkdir. Türkiyə Rusiyaya ya münaqişəni danışıqlar yolu ilə həll etmək, ya da müharibə variantını xatırlada bilər. Digər tərəfdən, müharibə olarsa, Türkiyə Rusiyanı Azərbaycan və Ermənistanın təkbətək müharibə etməsi üçün razı sala bilər. Əks təqdirdə müharibə təkcə Ermənistan və Azərbaycan arasında deyil, onların müttəfiqi olan Rusiya və Türkiyə arasında da gedə bilər. Ankara bu reallığı Moskvaya təqdim edərək, onun ehtimal bir müharibədə tərəfsiz qalmasını labüd edə bilər”.

Politoloqun sözlərinə görə, dünya yeni proseslərin astanasındadır:

“Bu proses çərivəsində bir çox dondurulmuş münaqişələr aktivləşə bilər. Yeni-yeni dövlətlər yarana, böyük dövlətlər parçalana bilər. Bu reallıqları nəzərə alaraq deyə bilərik ki, Azərbaycan da öz təhlükəsizliyini qorumağa məcburdur. Türkiyənin Azərbaycanda hərbi bazalar yaratması həm Dağlıq Qarabağ münaqişəsinin həlli, həm də Azərbaycanın təhlükəsizliyi baxmından həyati əhəmiyyət daşıyır”.

Tarix
2020.08.07 / 17:37
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Həyat yoldaşımla Şuşada daha çox qalmaq üçün... - Səfir

Qardaş ölkə Ermənistana səfir göndərdi - İlk dəfə

Qarabağa səfərlərin təşkili mühüm əhəmiyyətə malikdir

Diplomatlar Ağdərə və Kəlbəcərə yola düşdü

Trampın Ukrayna uğursuzluğunun səbəbi - Səfir açıqladı

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla