Yuxarı

İrəvan Suriyaya “ordu” göndərdi: məqsəd Qarabağdır - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan Suriyaya “ordu” göndərdi: məqsəd Qarabağdır - Video

13:37

Ermənistanın Suriyada Türkiyə ordusuna və onun dəstəklədiyi Azad Suriya Ordusuna qarşı döyüşmək üçün hərbçilərini göndərməsi beynəlxalq hüququn növbəti dəfə bu ölkə tərəfindən kobud şəkildə pozulmasıdır. Ermənistan faktiki olaraq Suriyada qanunsuz işlər görür. Bu gün səngərlərinə yerləşdirməyə hərbçi tapa bilməyən bir ölkənin başqa bir ölkəyə hərbçilərini göndərməsi isə ağılsızlıqdır.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Ermənistanın Suriyada Türkiyə ordusuna və onun dəstəklədiyi Azad Suriya Ordusuna qarşı döyüşmək üçün azı 450 hərbçi göndərməsini şərh edərkən deyib.

O qeyd edib ki, Ermənistanın Suriyaya hərbçi göndərməsi yeni bir şey deyil:

“Bildiyiniz kimi, Yaxın Şərq ölkələrində, xüsusilə də Suriya, Livan, İordaniyada çoxlu erməni yaşayır. Hətta dünyaca məşhur erməni terror təşkilatı ASALA da məhz bu ölkələrdə fəaliyyət göstərir. Digər tərəfdən, Ermənistan KTMT-nin yeganə üzvüdür ki, Rusiya ilə birlikdə Suriyaya hərbi kontingent göndərib”.

Politoloq vurğulayıb ki, Ermənistanın Suriyaya hərbçilərini göndərməsinin bir sıra səbəbləri var:

“Birincisi, Ermənistanın Suriyaya göndərdiyi hərbçilər nizami ordu mənsubları deyil. Ümumiyyətlə, hazırda rəsmi İrəvanın ölkə xaricinə hərbçi göndərmək potensialı yoxdur. Ermənistanda bu gün hərbçi çatışmazlığının yaşandığını hər kəs bilir. Lakin bir müddət öncə Ermənistanda “Müdafiə haqqında” qanuna edilən dəyişikliklərə əsasən, ölkədə könüllü hərbi dəstələrin yaradılmasına cəhd edilir. Bu o deməkdir ki, Ermənistan mülki insanlardan təşkil edilən hərbi birləşmələrini təlim keçmək üçün Suriya və digər Şərq ölkələrinə göndərir. Onları burada ASALA terror təşkilatının təcrübəli hərbçiləri qarşılayıb təlim keçir, daha sonra aktiv döyüşlərə cəlb edir. Məhz bu prosesdən sonra sağ qalanlar yenidən ölkəyə qayıdır.

İkincisi, Ermənistanın Suriyaya göndərdiyi hərbçiləri həm təcrübə qazanır, həm də Türkiyənin regionda başını qatmağa çalışır. Çünki Türkiyənin hazırda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə diqqət etməsi rəsmi İrəvanı çox narahat edir. Buna görə də Ermənistan Suriyada Türkiyəyə qarşı olan istənilən qüvvəyə dəstək verməyə çalışır”.

Tarix
2020.09.08 / 16:58
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Prezidentin sosial media hesablarında AQEM-lə bağlı paylaşım - Video

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla