Yuxarı

Hərbçimiz şəhid oldu, cinayət işi başlandı - Rəsmi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan yeni təxribat planları hazırlayaraq əsl niyyətinin münaqişənin sülh vasitəsilə həlli deyil, Azərbaycan torpaqlarının qanunsuz işğalının davam etdirilməsi olduğunu nümayiş etdirməkdədir.

Baş Prokurorluğun Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Ermənistan tərəfinin cəbhədə törətdiyi təxribatlar və cinayətlər işğalçı ölkənin nəinki danışıqlar aparmağa, əksinə kəsin eskalasiya yaratmaq niyyətindən xəbər verir.

“İşğalçı ölkənin silahlı qüvvələrinin təxribat xarakterli hücumları, atəşkəs rejimini pozması və Azərbaycan Silahlı qüvvələrinin hərbi qulluqçularına qarşı törətdiyi cinayətlər sülh prosesinin üzərindən xətt çəkməklə beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamə və qərarlarına qarşı açıq hörmətsizlik xarakteri daşıyır.

Təcavüzkar əməllərini həyata keçirməklə, sülh və insanlıq əleyhinə olan cinayətlər törətməyi davam etdirən Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi növbəti dəfə pozularaq 20 sentyabr 2020-ci il tarixdə saat 17 radələrində Tovuz rayonu, Ağdam kəndi ərazisində yerləşən döyüş postuna odlu silahdan atəş açılıb, nəticədə əsgər Qurbanov Qurban Azad oğlu “sağ çiyin nahiyəsinin kor qəlpə yarası” xəsarəti alıb.

Faktla bağlı Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma) və 29, 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Bundan başqa, öz təcavüzkar niyyətini nümayiş etdirməyə davam edərək, Ermənistan silahlı qüvvələrinin bölmələri 21 sentyabr 2020-ci il tarixdə saat 09 radələrində Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi atəşə tutmuş, düşmən hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçusu Məmmədov Elşən Əli oğlu şəhid olub.

Faktla bağlı Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma) və 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) maddələri ilə cinayət işi başlanıb.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məhkəmə məsuliyyətinə verilmələri məqsədi ilə zəruri və institusional tədbirlərin görülməsi təmin ediləcəkdir”, - deyə məlumatda qeyd olunub.

Tarix
2020.09.21 / 14:40
Müəllif
Axar.az
Digər xəbərlər

İslam ölkələri İsrail-İran münaqişəsi haqda bəyanat yaydı

Bu 3 qəzəbli qoca dünyanı məhv edir – “Quardian"dan şok

Mirzoyan ATƏT sədri ilə danışdı: Sülh müqaviləsi...

Bu ölkələrin vətəndaşları İrandan Azərbaycana keçdi - Foto

İranın “qardaş”ı İsrail əleyhinə bəyanata imza atmadı

Bayramov özbəkistanlı həmkarı ilə danışdı

Bu da əlamətləri: 1-2 günə İran İsraillə anlaşacaq!

İrandakı diplomatlarımızın ailə üzvləri təxliyə olundu

İsrail darmadağın edir, SEPAH-ın mediası Bakını “suçlayır”…

İsrail “II mərhələyə” keçdi: İranı məğlub etmək və…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla