Yuxarı

AŞ iclası: Bakı mühüm məsələni müzakirəyə çıxardı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı vaxtilə saat 11:00-da Avropa Şurasının onlayn iclası başlayacaq.

Bu barədə Axar.az-a Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib. Millət vəkili bildirib ki, bugünkü onlayn iclasda Azərbaycan üçün əhəmiyyətli iki məsələ müzakirəyə çıxarılacaq:

“Bugünkü iclasda Mədəniyyət Komitəsi və Qaçqın və Məcburi Köçkünlər Komitəsində Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirməsi ilə bağlı müzakirələr aparılacaq. Eyni zamanda, işğal olunmuş ərazilərimizdə mədəni abidələrimizin dağıldılması ilə bağlı məsələləri qaldıracağıq. Bir sözlə, bugünkü onlayn iclasımızda işlərimiz çoxdur”.

Deputat qeyd edib ki, rəhbərlik etdiyi nümayəndə heyəti Avropa Şurasının əvvəlki onlayn iclaslarında Ermənistanın Azərbaycana təcavüzü, iyul hadisələrini müzakirə edib:

“Hesab edirəm ki, çox səmərəli müzakirələr keçib. Biz Avropa Şurasının məruzəçilərindən Tofiq Yaqublunun azadlığa çıxması ilə bağlı müsbət rəsmi bəyanat aldıq”.

Tarix
2020.09.25 / 10:59
Müəllif
Tural Turan
Şərhlər
Digər xəbərlər

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla