Yuxarı

Biz bizim olanı almağa gəldik: Düşmən darmadağındır!

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarixi günlər yaşayırıq!

İllərdir həsrətində olduğumuz torpaqlarımıza qayıtmaq üçün həlledici döyüşlər gedir.

Ordumuz düşmənə sarsıdıcı zərbələr endirir... və İlk ŞAD XƏBƏRLƏRİ şəxsən Ali Baş Komandan özü efirdə elan etdi.

Qarabağ - təkcə torpaq deyil, ərazi deyil, həm də milli kimlikdir, tariximiz və yaddaşımızdır.

Biz kim olduğumuzu, dövlətlər fəth edən əcdadlarımızı xatırlamaq, onlara qayıtmaq üçün Qarabağa qayıtmalıyıq.

Bu gün Şanlı Ordumuz rəsmən bu prosesə başlayıb. Hərbçilərimiz düşmənə sarsıdıcı zərbələr endirir.

Qarabağın kimə məxsus olduğunu görmək üçün bu detala diqqət edin: Azərbaycanın rayonlarından insanlar cəbhəyə axışır, ermənilər isə cəbhədən qaçır.

Çünki o torpaqların sahibinin onu geri almağa gəldiyini dərk edirlər.

Biz bizim olanı almağa gəlirik.

Böyük ağrı və təəssüf hissi ilə qeyd edək ki, şəhidlərimiz, qazilərimiz olacaq - müharibənin qaçılmaz qanunudur.

Artıq sülh üçün heç bir şans qalmayıb, əvəzində isə düşmən hər dəfə hücum edib mülki şəxslərimizi, əsgərlərimizi şəhid edir. İndi mühüm olan torpaqlarımızdan düşmən ayağını birdəfəlik kəsməkdir. Bu gün biz şəhid olmasaq, sabah erməni terrorçuları övladlarımızı şəhid edəcək.

Bu baxımdan Ordumuz hazırda müqəddəs bir vəzifəni icra edərək, həm keçmişimizi, həm də gələcəyimizi xilas edir.

Ən önəmli məqam da xalq olaraq ruh yüksəkliyi içində olmağımızdır. Hazırda bizim ən birinci silahımız ruh yüksəkliyimizdir.

Müharibə başlayan andan general Polad Həşimov ağlımdan çıxmır... Bilirəm, ruhun şaddır, cənab general!

Ruhun sevinsin, Cənab General, o böyük günı - Şuşaya bayrağımızı sancağımız tarixi ana az qalıb!

Tarix
2020.09.27 / 14:39
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla