Yuxarı

Nikol avantürasına üçüncü dövlətləri cəlb etməyə çalışır – Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət başçısı bu günlərdə tək Ali Baş Komandan kimi deyil, eyni zamanda siyasi cəbhədə də əzəmətlə mübarizə aparan bir şəxs kimi dünya ictimaiyyətinin diqqətindədir.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə Azərbaycan Prezidenti İlham Əliyevin “RİA Novosti”yə verdiyi müsahibəni təhlil edərkən deyib.

O bildirib ki, İlham Əliyevin hər gün dünyanın tanınmış, nüfuzlu telekanallarına verdiyi müsahibələrdə Azərbaycan həqiqətləri dünyaya çatdırılır:

“Cənab Prezident “RİA Novosti”yə müsahibəsində Azərbaycan ərazi bütövlüyünə malik olmasınn hüquqi əsaslarını göstərib. Azərbaycan öz ərazilərini düşmən tapdağından azad etmək üçün uzun müddət sülh danışıqlarına üstünlük verib, lakin Ermənistan bunu dəyərləndirməyi bacarmadı. Ölkə başçısı fakt və dəlillərlə Rusiya ictimaiyyətini Dağlıq Qarabağ məsələsi barədə kifayət qədər məlumatlandırdı. Və şübhəsiz ki, bu faktlar qarşısında Ermənistanın və onu dəstəkləyən qüvvələrin heç bir arqumenti ola bilməz”.

Millət vəkili həmçinin Ermənista Baş naziri Nikol Paşinyanın çıxışına da fikir bildirib:

“Paşinyan xarici informasiya agentliklərinə məntiqsiz danışığı ilə “faktlar” irəli sürərək müsahibə verməyə çalışır. O, problemlərin kökünü Ermənistanın işğalçılıq siyasətində axtarmaq əvəzinə, öz avantürasına üçüncü dövlətləri cəlb etməyə çalışır”.

Aydın Mirzəzadə bildirib ki, bu gün dünya ictimaiyyəti Azərbaycanın öz torpaqlarına sahib çıxmaq üçün mübarizə apardığını görür.

Tarix
2020.10.16 / 21:19
Müəllif
Xədicə Nəbiyeva
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla