Yuxarı

Amreyev Gəncədə düşmən barbarlığının şahidi oldu

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Amreyev Gəncədə düşmən barbarlığının şahidi oldu

Türk Şurasının baş katibi Bağdad Amreyev Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması nəticəsində dağılan evlərə baxıb.

Axar.az xəbər verir ki, baş katib sentyabrın 27-də mülki əhaliyə qarşı hərbi təxribata əl atan Ermənistan silahlı qüvvələrinin Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələri, infrastrukturu, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən intensiv atəşə tutaraq mülki obyektlərə ciddi ziyan vurması barədə məlumatlandırılıb.

Qeyd edilib ki, oktyabrın 11-də düşmənin məqsədli şəkildə Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını ağır artilleriyadan – SCUD raketlərindən atəşə tutması nəticəsində 5-i qadın olmaqla, 10 nəfər həlak olub. Həmçinin 10-u qadın, 9-u azyaşlı olmaqla, 40-dək insan yaralanıb. Ondan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

Ermənistan silahlı qüvvələri həmin hadisədən bir həftə sonra, oktyabrın 17-də gecə saat 1 radələrində də Gəncənin mərkəzi hissəsini raket atəşinə tutub. Nəticədə 13 nəfər həlak olub, 45-dən çox dinc sakin yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda zərər vurulub.

Türk Şurasının baş katibi dağılan evlərə, infrastruktur obyektlərinə baxıb, erməni barbarlığının izləri ilə tanış olub.

Tarix
2020.10.20 / 13:56
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

Kobaxidzedən TRİPP açıqlaması: Ciddi problem...

Konsulluğumuz önündə aksiya: Ankaranın da rolu varmı?

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla