Yuxarı

Zəngilan azad edildi, Araik təcili İrəvana qaçdı - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zəngilan azad edildi, Araik təcili İrəvana qaçdı - Video

16:58

Zəngilanın işğaldan azad edilməsi ilə 765 km-lik İran-Azərbaycan sərhədi tam bərpa edildi. Növbəti hədəf isə artıq bəllidir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu Ordumuz tərəfindən işğaldan azad edilən Zəngilanın önəmi haqda danışarkən deyib.

O qeyd edib ki, Füzuli, Cəbrayıl, Hadrut və digər ərazilərdən sonra indi də Zəngilanın işğaldan azad edilməsi Qarabağın tam azad edilməsi istiqamətində çox mühüm addımdır:

“Ordumuzun əks-hücum əməliyyatları bundan sonra da davam edəcək. Hətta onu deyim ki, “dqr”in separatçı “lider”ləri Araik Arutyunyan və Bako Saakyan İrəvana təcili səfər edib. Səfərin məqsədi isə bəllidir. Hər iki şəxs mövcud vəziyyətin ağırlığını məruzə etmək üçün İrəvana gedib.

Zəngilanın işğaldan azad edilməsi həm İranla ticarət dövriyyəsinə, həm də Naxçıvan Muxtar Respublikası ilə daha sız əlaqəyə imkan verəcək. Bundan əlavə, bölgənin təbii zənginlikləri də iqtisadiyyatımız üçün müsbət təsir edəcək.

Zəngilanın azad edilməsi Dağlıq Qarabağdakı qondarma rejimlə İranın birbaşa əlaqəsinin kəsilməsi deməkdir. Artıq bu istiqamətdən gələn bütün qeyri-leqal yardımların qarşısı rahatlıqla alınacaq. Bundan əlavə, regionda dövr edən qara pul və narkotik dövriyyəsi də birdəfəlik yekunlaşa bilər. Bir daha xalqımızı bu zəfər münasibəti ilə təbrik edirəm.

Qarabağ Azərbaycanındır!”

Tarix
2020.10.20 / 22:52
Müəllif
Turan Rzayev
Digər xəbərlər

İş üçün Rusiyaya gedənlərin nəzərinə: Qaydalar dəyişir

Zelenski Ankarada Azərbaycana təşəkkür etdi

Bayramov onunla telefon danışığında şad xəbəri açıqladı

Trampla şəxsi münasibətlərim yüksək səviyyədədir - Prezident

Azərbaycanlılar bu ölkədən deport olundu

NATO “7 iyul, Ankara”nı seçdi – 256 ilin qisası...

Prezident Stiv Deynsi qəbul etdi - Foto

Geyinilə bilən rəqəmsal texnologiyaların zərərləri

Azərbaycana qarşı qırmızı xətti keçdik - İsrail nəşri

Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla