Yuxarı

İrəvandan Moskvaya növbəti xəyanət: NATO-ya doğru...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın göstərişi ilə Prezident Armen Sərkisyan Brusselə səfər edib. O, səfər çərçivəsində NATO Baş katibi Yens Stoltenberqlə görüşüb.

Axar.az xəbər verir ki, A.Sərkisyan görüş zamanı Ermənistanın KTMT-dən gözlədiyi dəstəyi və yardımı ala bilmədiyindən gileylənib.

Müharibədən sonra Ermənistan öz xarici siyasətini NATO və Avropa İttifaqına yaxınlaşmağa yönələcəyini açıq bəyan edib. Bu, Ermənistan Rusiyaya növbəti xəyanət nümunəsidir.

Ermənistan ordusunda hazırda ciddi əsgər çatışmazlığı yaşanır. Bu səbəbdən Ermənistan özünün Kosovadakı və Əfqanıstandakı sülhməramlı heyətini geri çəkir.

Ermənistanın, Qafqaz regionunda Rusyanın for-postu olmasına baxmayaraq, xüsusən son illərdə NATO ilə yaxın əməkdaşlıq və Avropanın bir çox ölkələri ilə, eləcə də Almaniya, Polşa, Yunanıstan, Fransa və İtaliya ilə ikitərəfli hərbi əməkdaşılıq əlaqələrinin genişləndirdiyi müşahidə olunur.

2004-cü ildən NATO-nun Kosovadakı əməliyyatlarında ilkin olaraq Yunanıstan qüvvələrinin tərkibində (35 nəfər), 2012-ci ildən ABŞ qüvvələri ilə birlikdə (35 nəfər), 2005-2008-ci illərdə İraqdakı əməliyyatlarda Koalisiya qüvvələrinin tərkibində Polşa kontingenti ilə birgə (46 nəfər), 2011-ci ildən NATO-nun Əfqanıstandakı ISAF missiyasında (46 nəfər), daha sonra “Qətiyyətli Dəstək Missiyasında” (121 nəfər) Almaniya qüvvələrinin tərkibində, 2014-cü ildən BMT-nin Livandakı UNİFİL missiyasında (33 nəfər) İtaliyan qüvvələrinin tərkibində, BMT-nin Malidəki MINISUMA missiyasında fransız qüvvələrinin tərkibində (2 nəfər) və 2019-cu ildən Rusiya qüvvələri tərkibində Suriyada mina təmizləmə fəaliyyətlərində (83 nəfər) sülhməramlı əməliyyatlarda iştirak edirlər.

Sülhməramlı əməliyyatlarda iştirakın coğrafiyasından və həm Qərb ölkələri, həm də Rusiya tərəfindən dəstəklənən əməliyyatlarda aktiv iştirakından bu nəticəyə gəlinir ki, xüsusi ilə Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının işğalı fonunda Ermənistan bu tipli əməliyyatlardan xarici siyasətin mühüm bir vasitəsi kimi istifadə edir. Belə ki, dünyanın və Avropanın aparıcı ölkələri ilə ikitərəfli əlaqələri genişləndirmək, ölkə haqqında müsbət təəssurat yaratmaq, eyni zamanda Qarabağ münaqişəsi ətrafında gedən danışıqlarda və ümumiyyətlə beynəlxalq aləmdə özlərinin təcavüzkar deyil, əksinə sülhsevər xalq olduqlarını sübut etmək, özlərinin diplomatik gücünü artırmağa və xarici siyasi hədəflərinə nail olmağa çalışırlar.

Sülhməramlı əməliyyatlarda iştirak etməklə və qərbyönümlü siyasət yürütməklə Avropaya inteqrasiya, Rusiya tərəfindən onlara qarşı olan mənfi təsirləri balanslaşdırmaq və Rusyanın regional-strateji tərəfdaşı kimi Qərbin gözündə ölkənin əhəmiyyətini artırmağa səy göstərirlər.

Tarix
2020.10.21 / 21:02
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə Paşinyanın görüşü başladı - Video

Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı

Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi...

Elşən İbrahimov Rusiyanı belə tərk elədi - Video

Rusiya Azərbaycandan bu məhsulların idxalına qadağa qoydu

İlham Əliyev BƏƏ prezidentinə hədiyyə təqdim etdi - Foto

Elşən İbrahimov Rusiyadan deportasiya olunur

Baş nazir mühüm qərar imzaladı

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

Azərbaycanla BƏƏ hərtərəfli tərəfdaşlıq sazişi imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla